Bu sadə yumurta maskası saç tökülməsini dayandıracaq, yeni tük çıxaracaq və sürətlə uzadacaq!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 783
Səs ver:
(səs: 0)
Yumurtanın dəriyə qulluq üçün çox böyük köməyi var. Onun həm sarısı, həm də ağı zülalla zəngindir. Tərkibindəki amin turşular saçı xarici təzyiqlərdən qoruyur. Yumurtanın sarısında saçın artması və uzanması üçün lazımi qədər qidalı maddələr və vitaminlər vardır. Yumurtada olan lesitin saçı boyayarkən zərər görən saçları bərpa edir və daha güclü və rahat edir. Tərkibindəki B3 vitamini saçın uzanması, rənginin və parlaqlığının qorunması üçün vacibdir. Bu xəbərimdə hansı maskanın saçlarınıza nə cür fayda verəcəyi haqda məlumat verəcəyəm.

Bütöv yumurta: saçın uzanmasına, uclarının qırılmamasına yardım edir.

Yumurtanın sarısı: yağlı dərilər üçün hazırlanan maskalarda istifadə olunur.

Yumurtanın ağı: quru dərilər üçün hazırlanan maskalarda istifadə olunur.

* Yumurta və süd: saçlarınızın yumşaq və rahat olması üçün istifadə edin.

* Yumurta və limon suyu: Açıq rəngli saçların parlaqlığı üçün hazırlanır.

* Yumurta və bal: Baş dərisinin qidalanması və saçların uzanması üçün ən təsirli maskadır.

* Yumurta və qəhvəyi şəkər: Tünd rəngli saçların parlaqlığı üçün hazırlanır.

* Yumurta və alma sirkəsi: Saçlarınızın parlaqlığı və yumşaqlığı üçün ideal maskadır.

* Yumurta və mayonez: Saç diblərini qidalandırır və parlaqlıq verir.

* Yumurta və banan: Zərif saçların qidalanması üçün güclü təsirə malik olan maskadır.

* Yumurta və zeytun yağı: Tez-tez qırılan və quru saçlar üçün gözəl maskadır.

* Yumurta və badam yağı: saçlarınızın möhkəmlənməsi və uzanması üçün ideal maskadır.

* Yumurta, zeytun yağı və limon suyu: Saçlarınızın güclənməsi üçün təsirli maskadır.

* Yumurta, gənəgərçək və badam yağı, limon suyu: Saçlarınızda kəpək əmələ gəlməsinin qarşısını alacaq və saç dibini möhkəmləndirəcək.

Saç üçün yumurta maskaları
* Yumurta və yaşıl çayın tozu: Zəif və xarici amillərdən zərər görmüş saçlar üçün gözəl maskadır.

* Yumurta, konyak və zeytun yağı: Saçlarınızın möhkəmlənməsi və uzanması üçün güclü təsirə malik olan maskadır.

Bütün maskaları saçlarınıza tətbiq etdikdən ən az 2-3 saat sonra yumaq lazımdır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 783
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri