İdeal saçlara sahib olmaq üçün məsləhətlərim var....

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 4 398
Səs ver:
(səs: 1)
Sağlam və gözəl saçlara nec sahib ola bilərik?
1.Gündə saçlarını iki dəfə dara

Bu məsləhət sənə sıradan və adi gələ bilər, amma unutma ki, gündə iki saçları iri dişli daraqla daramaq saç diblərində qan dövranını yaxşılaşdıracaq. Və qan dövranının yaxşı olması isə öz növbəsində saçların qidalanmasını və uzanmasını təmin edəcək. Bu üsul ev şəraitində asnalıqla edə biləcəyiniz saç masajıdır. Sadəcə gün ərzində saçlarını 2-3 dəfə iri dişli daraqla dara....

2. Saçlarını soyuq su ilə yaxala
Soyuq sudan qorxursan?... Halbuki, soyuq su dərini təravətləndirir, hüceyrələri yeniləyir, yorğunluğu aradan qaldırır, qan dövranını yaxşılaşdırır. Buna görə də soyuq su saçlarına qulluq zamanı sənin ən yaxşı köməkçin olacaq. İsti su saç dərisini zədələyir ki, bunun da nəticəsində saçlar cansız və quru olur. Əgər hər gün saçlarını soyuq su ilə yaxalasan, bu asan prosedur baş dərisinin qidalanmasına və saçlarının ipək kimi yumşaq olmasına, parlamasına və uzanmasına kömək edəcək.

3. Əvvəlcə balzamdan sonra şampundan istifadə et
Sən bilirdinmi ki, əvvəlcə balzamdan istifadə etmək lazımdır sonra şampundan?... Bu saçlarını qorumağın asan üsuludur... Bu sadə üsul saçlarını nəmləndirməyə , onları gözəl və parlaq etməyinə kömək edəcək.
Başqa bir effetkli üsul da var: balzam və şampun istifadə etdikdən sonra saçlarını limon suyu və ya kokos yağı əlavə edilmiş su ilə yaxala. Yxşıca masaj etdikdən sonra yenidən ilıq və ya soyuq su ilə yaxala. Nəticəni gözləmək elə də vaxtını aparmayacaq.

4. Həftədə iki dəfə saçlarına maska et
Yumurta və pivə maskası: Bu masknı hazırlamaq çox asandır. Sadəcə yarım stəkan pivəyə bir yumurta əlavə elə və qatı kreməbənzər eynicinsli məhlul alınana qədər çal. Maska hazırdır. Nəm saçlarına çək 20 dəqiqə saxla. 20 dəqiqədən sonra ilıq su ilə yaxala. Bu maskanı həftədə bir dəfə saçlarına tətbiq et. Bu maska saçları qidalandırır, gücləndirir və onları lazım olan vitaminlər ilə təmin edir.

Avakado və bal maskası: Bu maska saşları yumşaldır , onlara parlaqlıq və yumşaqlıq verir. Əgər saçlarını tez tez boyayırsansa bu maska tam sənlikdir. Çünki boyanmış saçlar xüsusi qulluq və qidalanma tələb edir. Bir avakado və 2 qaşıq balı yaxşıca qarışdır və bütün saçlarına bərabər şəkildə çək. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yaxala. Bu maskanı da həftədə bir dəfə saçlarına tətbiq et və tezliklə saçlarındakı fərqi görəcəksən.

5. Kimyəvi məhsullardan və yüksək temperaturdan istifadə edərkən diqqətli ol!
Kimyəvi tərkibli saç boyalarının saçlarına nə qədər zərər verdiyini yəqin ki bilirsən? Bunun üçün də boyalardan istifadə edirsənsə, yuxarıda da qeyd etdiyimiz kimi qidalandırıcı və bərpaedici maskalardan istifadə et.
Həmçinin fen, saç buran və ütüləyən alətlərdən də az az istifadə etməyə çalış. Çünki bildiyin qədəri ilə, yüksək temperatur saçları zədələyir, onları qurudur və oksigen qəbul etməsinin qarşısını alır ki, bu da saçların parlaqlığını itirməsinə, onların cansız və ölü görünməsinə gətirib çıxarır. Bunu yadında saxla və ehtiyac olmadıqca saç qurudan fenlərdən az istifadə etməyə çalış.

6. qidalanmana fikir ver
Əlbəttə artıq bilirsən ki, dezgün qidalanma orqanızmın sağlamlıq təminatçısıdır. Həmçinin vitamin və mineral çatışmazlığı saçlarına da öz mənfi təsirini göstərəcəkdir. Saçlar öz parlaqlığını itirəcək, cansız, quru və zəif olacaqlar. Saçların canlı və gözəl olması üçün dəmir, omeqa-3, kalsi, fol turşusu və s kimi vitamin və minerallarla zəngin qidalar qəbul etmək lazımdır.
Dəmir: Bir çox yaşıl tərəvəzlərdə və yotuq ətində bol olur. Bu tərəvəzlər B vitamininin mübadiləsində iştirak edir ki, bu da saçların dəmir ilə təmin olunmasına kömək edir. Və nəticədə saçlar canlı və möhkəm olur.

Kalium
Kalium qabaq, şampinyon göbələyi, balqabaq, kivi və yemişin tərkibində olur. Həmsinin losos balığı və təbii süd məhsullarında olur. Orqanizmdə kali çatızmazlığı saçların tökülməsinə və dırnqaların zəif olmasına gətirib çıxarır.

Omeqa-3 yağları – Balıq və qoz yemək xoşuna gəlir? Elə isə onları ürəyin istəyən qədər yeyə bilərsən, çünki orqanizmdə omeqa-3 yağ turşusunun çatışmazlığı zədələnmiş və zəifləmiş saçların əsas səbəblərindən biridir.

Fol turşusu- saçların zəif və cansızdırsa çoxlu qoz-fındıq, düyü, apelsin və başqa sitrus meyvələrini daha çox qəbul et. Orqanizmdə fol turşusunun çatışmazlığı qan azlığına səbəb olur ki, nəticədə dəmir çatışmazlığı saçların zəifləməsinə və tökülməsinə gətirib çıxarır. Fol turşusu saç diblərini bərkidir və onların tökülməsinin qarşısını alır.

Saçlarına lazım olan qulluğu göstərmirsənsə elə bu məqalədən sonra başlamağın tam vaxtıdır!....
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 398
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri