Doğuşdan sonra SAÇ TÖKÜLMƏSİ

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 229
Səs ver:
(səs: 0)
Bir çox qadın belə hesab edir ki, onların saçları hamiləlik dövründə daha sağlam və gözəl idi, lakin doğuşdan sonra güclü tökülməyə başlayıb.

Bu həqiqətən belədir. Hamiləliyin ilk aylarında saç tökülməsi müşahidə olunsa da, sonrakı aylarda, demək olar ki, tamamilə dayanır.

Hamiləlik zamanı baş verən ciddi hormonal dəyişikliklər qadının orqanizminə və o cümlədən saçların inkişafı, yetişməsi və tökülməsinə müxtəlif təsirlər göstərir. Belə ki, saçlarımızın keyfiyyətinə müsbət təsir göstərən estradiol hormonunun miqdarı hamiləlik dönəmində adi vaxta nisbətən dəfələrlə artmış olur.

Gənc qızlarda saç tökülməsi və seyrəlmələrin hormonal çatışmamazlıq üzündən baş verdiyini nəzərə alsaq, bu hormonların nə dərəcədə müsbət təsir etdiyini anlamış olarıq.

Elə hamiləlik hormonlarının təsirindən saçların inkişaf fazası uzanır və saçların 95%-i tədricən bu fazaya keçir. (Adi halda sağlam qadınlarda saçların 85%-i bu fazada olur.)

Başqa sözlə desək hamiləlik dövründə hətta fizioloji, normal saç itkisi də aradan qalxır. Başın tüklü hissəsində saçların sayı artır, bununla da həcm artmış olur.

Hamiləlikdən az sonra hormonların təsiri qurtarır, saçların çox hissəsi inkişafın son mərhələsinə keçir ki, bununla da saçların diffuz tökülməsi prosesi başlayır.

Belə saç tökülməsi hormonal kontraseptivlərin qəbulunu dayandırdıqdan sonra da müşahidə olunur. Çünki bu preparatlar orqanizmdə hamiləliyə bənzəyən hormonal fon əmələ gətirir. Dərmanın təsiri qurtaran kimi saçlar inkişafını dayandırıb "sakitlik" fazasına keçir.

Bəzən saç follikullarının bir qismi "sakitlik" fazasından sonra yenidən aktiv fazaya keçmək, yeni saçları əmələ gətirmək iqtidarında olmurlar və yeni saçların əmələ gəlməsi prosesi dayanır. Bu səbəbdən də saçlarda gözlə görünən seyrəlmələr əmələ gəlir.

Saç tökülməsinin artması doğuşdan 2-3 ay, çox vaxt hətta 4 ay sonra başlayır, bir neçə ay, hətta 1 il davam edə bilər.

Xalq arasında belə bir deyim var ki, "uşaq ananın üzünə güləndə ananın saçı tökülür". Uşağın ananın üzünə baxıb gülməsi də bu dönəmə düşdüyü üçün nənələrimiz bunu gülməklə əlaqələndiriblər. Əslində isə bu hamiləlik hormonlarının təsirinin bitməsi ilə əlaqəli olan bir prosesdir.

Buna gənc ananın doğuş zamanı aldığı psixo-fizioloji travma, güclü qan itkisi, qanın plazmasında zülalların defisiti kimi amillər əlavə olunarsa, bu vəziyyət bir qədər də ağırlaşa bilər.

Bu səbəbdən də doğuşdan sonra əmələ gələn saç tökülmələrinin müalicəsi zamanı hamiləlikdən yarana bilən hər hansı ağırlaşdırıcı faktorların, məsələn mikroelementlərin defisiti, doğuşdan sonra bəzi hallarda əmələ gələn depressiyalar və s. ağırlaşmaların da korreksiya olunması gərəklidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri