Dəri ağardıcı maska 1
Bir qabın içinə qabıqlarını soyduğunuz bir ədəd pomidoru ikiyə doğrayın və blendır ilə yaxşıca püre halına gətirin. Üzərinə pasta halına gətirəcək qədər un tökün və qarışdırıb, tünd pasta halına gətirin. Bu qarışığı dodaqlarınız və göz ətrafınsız xaricində bütün üzünüzə sürtün və quruyana qədər gözləyin. Ardından ilıq su ilə yuyun. Bu maskanı həftədə 3 elə 4 gün gündə bir dəfə tətbiq edin. Zamanla həm dəri rənginizin açıldığını, dəri rənginizin ağardığını həm də üzünüzdə olan sızanaqların keçdiyini görəcəksiniz.
Dəri ağardıcı maska 2
1 fincan suyu qaynadın və içinə 2xörək qaşığı çobamyastığı çayı tökün və qarışdırıb 5 dəqiqə daha qaynadıb ocaqdan götürün və süzün. Süzdüyünüz suyun içinə 1 xörək qaşığı bal ilə bir xörək qaşığı gül suyu əlavə edin və qarışdırın. Bu maskanı ağızı bağlı bir şüşə qabın içinə qoyub ,hər gün bir dəfə içindən istifadə edəcəyiniz qədər alıb dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və 10 dəqiqə sonra ilıq su ilə yuyun. Bu maska dəri rəngini açmaq üçün, dərisi ağartmaq üçün çox faydalıdır.
Dəri ağardıcı maska 3
Bir qabın içinə 2 şorba qaşığı paxla unu, 1 ədəd yumurtanın ağını, 2 çay qaşığı lavanta yağını tökün və qarışdırın. Bu maskanı yenə dodaqlarınızdan və göz ətrafınızdan uzaq tutaraq bütün üzünüzə sürtün. 10 dəqiqə bu dəri ağardıcı maskanı üzünüzdə gözlədin və ardından ilıq su ilə yuyun. Bu maska dərinin rəngini açarkən eyni zamanda üzünüzdəki sızanaqlar, qara nöqtələri məhv etmək üçün də olduqca təsirli bir üsuldur.
Dəri ağardıcı maska 4
1 stəkanı suyu qaynadın və içinə bir yemək qaşığı cökə atıb 10 dəqiqə dəmlədin. Dəmlənən cökəni süzün və içinə bir çay qaşığı limon suyu və bir çay qaşığı alma suyu əlavə edin və qarışdırın. Bu qarışığı hər gün üzünüzə sürtün və qurumağa buraxın. Bu dəri ağardıcı suyu ən keç 4-5 gündə bitirməyə diqqət yetirin. Bir müddət sonra dəri rənginizin ağardığını və dərinizin daha canlı daha parlaq göründüyünü fərq edə bilərsiniz.
/Mənbə:Qadınlar.biz/