"Abortdan sonra" - SİZİ MARAQLANDIRAN SUALLAR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 7 845
Səs ver:
(səs: 0)
Abortdan sonra bərpa neçə müddət çəkir?
Abortdan sonra bərpa bir neçə gündən bir həftəyədək çəkir.
Abortdan dərhal sonra uşaqlıq yığılır və ölçülərdə kiçilməyə başlayır. Uşaqlıq boynu bir neçə gün ərzində açıq qalır, bu isə uşaqlıq boşluğunun təmizlənməsini mümkün edir. Endometriyanın (uşaqlığın selikli qişasının) tam bərpası abortdan bir neçə həftə sonra baş verir.

Abortdan sonra nə etmək olmaz?

Abortdan 1-2 həftə sonra aşağıdakıları etmək olmaz:

Sekslə məşğul olmaq
Vaginal tamponlardan istifadə etmək (adi bezlərdən istifadə etmək olar)
Şırınqaetmək
Vannaqəbuletmək, saunaya, hamama və ya hovuza getmək (duş qəbul etmək olar)
Ağır fiziki işlə və ya intensiv fiziki məşqlərlə məşğul olmaq
Tərkibində asetilsalisilturşusu olan dərmanlar qəbul etmək (məsələn, Aspirin)
Abortdan sonra ifrazatlar
Dərman vasitəsi ilə abort halında, qanlı ifrazatlar dərmanların ikinci porsiyasının qəbulundan bir az keçəndən sonra başlayır. Əvvəlcə ifrazatlar çox miqdarda, tünd (hətta qara) rəngdə, qan laxtaları və toxuma fraqmentləri ilə ola bilər. Bir müddət sonra ifrazatlar azalır, açıq və ya tünd qəhvəyi, yaxılan, sarı və ya rəngsiz selikli ola bilərlər – bu tamamilə normaldır.

Qanlı ifrazatlar dərman vasitəsi ilə abort zamanı qarının aşağı hissəsində, beldə ağrılar, döş nahiyəsində gərginlik və ağrılar ilə müşahidə oluna bilər.

Uşaqlıq yolundan müəyyən dərəcədə güclü qanlı ifrazatlar vakuum-aspirasiyasından (mini-abortdan) və qaşıyıb təmizləmədən sonra da müşahidə oluna bilər.Belə ifrazatlar (yaxılan, qəhvəyi, sarı) bir neçə gündən 1-2 həftəyədək davam edə bilər.

Abortdan sonra ifarazatların tez yox olması uşaqlıq boynunun spazmının və uşaqlıqda qan laxtalarının yığılmasının əlaməti ola bilər.Əgər görsəniz ki, ifrazatlar yenicə başladığı vaxtda dayandısa – gözləmədən həkimə müraciət edin.

Əgər sizə dərman vasitəsi ilə (tablet) abort edilmişdirsə, müəyyən dərəcədə güclü qanlı ifrazatlar 1-3 həftə davam edə və fasilə olmadan aybaşılara keçə bilərlər. Aybaşılar dayandıqdan sonra qanlı ifrazatlar kəsilir. Beləlikə, dərman vasitəsi ilə abortdan sonra qanlı (qəhvəyi, yaxılan) ifrazatların ümumi davamlılığı 3-4 həftəyə qədər ola bilər.

Abortdan sonra ümumi əhval. Qarında və döşdə ağrılar

Qadının abort zamanı və abortdan sonra əhvalı və hissləri hamiləliyin dayandırılması üçün hansı üsuldan istifadə olunduğundan asılıdır.

Dərman vasitəsi ilə abort halında, hamiləliyin dayandırılması üçün dərmanların qəbulundan sonra ürəkbulanma və qusma, döş nahiyəsində ağrılar və gərginlik əmələ gələ bilər.

Dərmanların ikinci porsiyasının qəbulundan sonra yuxarıda təsvir olunduğu kimi qarının aşağı hissəsində güclü ağrılar və qanlı ifrazatlar əmələ gəlir.

Pis əhval, zəiflik, ürəkbulanma, qusma istəyi dərman vasitəsi ilə abortdan sonra bir neçə gün ərzində qala bilər. Bu dərmanların təsirindən olan normal simptomlardır.

Bu simptomlar heç bir xüsusi müalicə tələb etmir. Abortdan sonra bir neçə gün ərzində daha çox maye qəbul etməyə və yalnız yüngül yemək yeməyə çalışın. Əgər qarında ağrılar çox güclü olarsa – İbuprofenin tabletini qəbul edin. Əgər ağrıkəsici kömək etməzsə - həkimə müraciət edin.

Cərrahi abort (təmizləmə və ya mini abort) yuxarıda deyildiyi kimi, adətən qısa müddətli ginekoloji narkoz altında keçirilir. Oyandıqdan sonra bir neçə saat ərzində siz güclü yuxululuq, zəiflik, yorğunluq hiss edə bilərsiniz. Abortdan sonra evə getmək üçün sizə yaxınlarınızın və ya dostlarınızın koməyi lazım ola bilər.

Cərrahi abortdan sonra və narkozun təsiri bitdikdən sonra əksər qadınlar qarının aşağı hissəsində və beldə aybaşılar zamanı olan ağrılara bənzər dartıcı ağrılar hiss edirlər. Belə ağrılar bir neçə saatdan bir neçə günə kimi davam edə bilər və nadir hallarda xüsusi müalicə tələb edir.

Abortdan sonra qarında ağrılar uşaqlıq divarlarının güclü yığılması ilə izah olunur. Güclü ağrıları yüngülləşdirmək üçün İbuprofenin tabletini qəbul etmək olar.

Abortdan sonra temperatur
Abortdan sonra temperatur norma çərçivəsində olmalıdır (37,5 C qədər). Hətta temperaturunuzun müddət 37,5 səviyyəsinə qədər olması heç bir narahatçılığa səbəb olmamalıdır və heç bir müalicə tələb etmir.

Digər tərəfdən, temperaturun 37,5- 38 C - dən çox qalxması və durması infeksiyanın əlaməti ola bilər. Bu səbəbdən, əgər görsəniz ki, abortdan sonra sizin temperaturunuz 37,5-dən yuxarı qalxıb durursa – mümkün qədər tez həkimə müraciət edin. Temperaturu dərmanlar və ya hər hansı başqa üsullarla salmağa çalışmayın – bu infeksiyanın aşkar olunma vaxtını gecikdirə bilər.

Abortdan sonra nə qədər qanın və toxumaların ifraz olunmasından və özünüzü necə hiss etmənizdən asılı olmayaraq 2-3 həftədən sonra (və ya həkim təyin etdiyi vaxt) mütləq həkim ginekoloqa təkrar müayinə üçün müraciət edin. Bu dölün və onun qişasının uşaqlıqdan tamamilə çıxarılmasına əmin olmaq üçün lazımdır. Abortdan sonra həlak olmuş dölün, onun qişalarının fraqmentlərinin və ya qan laxtalarının uşaqlıq boşluğunda qalması çox təhlükəli ola bilər.

Abortdan sonra depressiya
Əksər qadınlarda abortdan sonra baş vermiş hamiləliyin dayandırılması ilə bağlı pis əhval-ruhiyyə, kədər, günahkarlıq hissi, vicdan əzabı və həyəcan müşahidə olunur. Əgər özünüzü əzgin hiss edirsinizsə, bir neçə gün ərzində yaxşı istirahət etməyə çalışın, sonra isə istəyin olmamasına baxmayaraq, normal həyata, işə və ya dərslərinizə qayıdın – bu daha tez bərpa olmağa kömək edəcəkdir.

Abortdan sonra ilk aybaşılar nə vaxt qayıdır?
Növbəti aybaşıların başlaması sizin halınızda hansı abort növünün keçirilməsindən asılıdır.

Əgər sizə dərman vasitəsi ilə abort tətbiq edilmişdirsə- aybaşılar abortdan 1-3 həftə sonra başlaya bilər. Aybaşılar müddətindən daha tez və ya gec başlaya bilər- lakin bu sizi narahat etməməlidir.

Əgər sizə qaşıyıb təmizləmə və ya mini-abort tətbiq edilmişdirsə, aybaşıların başlaması bir az gecikmə ilə, 4-5 həftə ərzində və ya daha gec başlaya bilər. Aybaşıların belə gecikməsi narahatçılığa səbəb olmamalıdır.

Abortdan sonra ilk aybaşılar həmişə olduğu kimi keçə bilər, lakin daha ağrılı, ifrazatların daha çox və ya az miqdarı ilə ola bilər, lakin bu da narahatçılığa səbəb olmamalıdır.

Abortdan sonra aybaşılar əmələ gətirmək üçün heç bir xüsusi hərəkətlər etmək lazım deyil.

Qaşıyıb təmizləmədən və ya mini-abortdan sonra gecikmə 3 aydan çox olarsa, yalnız bu halda həkimə müraciət edin.

Abortdan sonra seks və cinsi həyat
Abortdan dərhal sonra vaginal seksdən ən azı 1-2 həftəyə imtina etmək lazımdır. Adətən bütün bu müddət ərzində abort keçirmiş qadında qanlı ifrazatlar və ya aybaşılar (dərman vasitəsi ilə abortdan sonra) müşahidə olunur, lakin əgər hətta sizdə uşaqlıq yolundan ifrazatlar olmasa belə - yenə də göstərilmiş müddətə seksdən imtina etmək tövsiyə olunur.

Abortdan sonra seksdən imtina etmək zərurəti həm də onunla bağlıdır ki, istənilən abort zamanı uşaqlıq boynunun açılması və uşaqlıq qişasının kütləvi qopması müşahidə olunur. Bu şərait vaginal cinsi əlaqə zamanı uşaqlığa nüfuz edə biləcək infeksiyanın inkişafı üçün çox əlverişli ola bilər.

Ehtimal var ki, cinsi əlaqəyə qayıtdıqdan bir müddət sonra sekslə məşğul olarkən ağrı hisslərini müşahidə edəcəksiniz. Abortdan sonra bu normal hal ola bilər. Lakin görsəniz ki, bir neçə ay ərzində seks zamanı ağrılar keçmir və ya hətta güclənirlər – mütləq həkimə müraciət edin.

Seks zamanı ağrıların digər mümkün səbəbləri haqqda daha ətraflı Cinsi əlaqə zamanı ağrılar məqaləsində oxuyun.

Cinsi əlaqəyə başlamamışdan öncə siz çox vacib bir məsələni həll etməli olacaqsınız, daha dəqiq desək, sizi gələcəkdə arzuolunmaz hamiləlikdən qoruyacaq qorunma üsulunu seçmək lazım gələcəkdir. Abortdan sonra kontrasepsiya üsulunun seçilməsinə dair ətraflı tövsiyələr, aşağıda, Abortdan sonra kontrasepsiya bölməsində verilmişdir.

Abortdan sonra kontrasepsiya
Yeni hamiləliyin inkişaf etmə ehtimalı artıq abortun keçirilməsindən 1-3 həftə sonra əmələ gələ bilər, buna görə də abortun keçirilməsindən dərhal sonra (və ya öncə) həkim ilə, gələcəkdə arzuolunmaz hamiləliyin (və bunun nəticəsi kimi daha bir abort etmək zərurətinin) qarşısını almağa kömək edəcək etibarlı hamiləliyin qarşısını alan vasitələrin istifadə imkanlarını müzakirə etmək lazımdır.

Abortdan sonra hamiləliyin qarşısını alan ən optimal vasitələr, tərkibində progestinlər (mini-pili) və ya uşaqlıq daxili spirallardır. Həmçinin hormonal implantantların və ya medroksiprogesteron asetat inyeksiyalarının istifadəsi mümkündür. Düzgün istifadə edildikdə, hamiləliyin qarşısını alan bu vasitələr arzuolunmaz hamiləlikdən çox yüksək qorunma səviyyəsini təmin edirlər.

Hamiləliyin qarşısını alan hormonal tabletlərin qəbuluna abortdan artıq bir neçə həftə sonra başlamaq olar. Uşaqlıq daxili spiral abortdan dərhal sonra yerləşdirilə bilər.

Abortdan sonra alkogol (spirtli içkilər)
Abortdan sonra alkoqollu içkilər qadağan edilə bilər, xüsusən də əgər həkim infeksiyalardan qorunma üçün antibiotiklər (məsələn, Metronidazol) təyin etmişdirsə.Buna görə də istənilən spirtli içkilərin (hətta az alkoqolluların) qəbulundan,abortdan sonra müalicənizi tam bitirənə və həkim ginekoloqun təkrar müayinəsi zamanı hamiləliyin və ağırlaşmaların olmaması təsdiq olunana kimi imtina etmək tövsiyə olunur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 7 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri