Hamiləlikdə ürək bulanmasına yaxşı təsir edən yeməklər

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 210
Səs ver:
(səs: 0)
Qadınların əksəriyyəti hamiləlikdə ürək bulanması halını yaşayır.

Qadınla.Com hamiləlikdə ürək bulanmasının səbəblərini və hamiləlikdə ürək bulanmasını götürən qidalar haqqında məlumat verir.
Hamiləlik hormonunun artmasıyla birlikdə bir çox qadın ürək bulanması yaşar.
Hətta "hiperemezis gravidarum" adlanan daha kəsgin ürək bulanması halına da təsadüf edilir. Bu vəziyyət bulanmanın çox şiddətli olduğu vəziyyətdir və kilo itkisinə, orqanizmdə maye itkisinəsəbəb ola bilir. Adətən hamiləlikdə ürək bulanmaları 18 həftədən sonra itir. Hamiləlikdə ürək bulanmalarının səbəbi tam olaraq müəyyən edilməyib, ancaq ən məşhur nəzəriyyə kimi hamiləlik hormonunun artması göstərilir.
Qusmaya "postrema sahəsi" adı verilən beynin alt hissəsində yerləşən bir sahə tərəfindən nəzarət edilir. Hamiləlik dövründə görülən ürək bulanması fizioloji bir vəziyyətdir və ana namizədlərinin yüzdə 70-ində görülür. Hamiləlik dövründə görülən ürək bulanmasının səbəbi estrogen və Beta HCG hormonlarının səviyyəsinin artmasıdır. Hormon səviyyələrindəki dəyişikliklər, hər hamilədə fərqli olduğundan bulanma və qusma da hər hamilədə eyni deyil.
İlk üç ayda bulanma, qusma hiss etməyən hamilələrin nisbəti yüzdə 20-dir. Qalan yüzdə 80-də müxtəlif dərəcələrdə ürək bulanması olur. Hamiləlik dövründəki ürək bulanması 4- 6həftədən sonra başlayır və 12-ci həftəyə qədər davam edir. Hamiləliyin 3 ayına qədər bulanma şiddəti yüksək ola bilər. Bəzi ana namizədlərində 16 həftəyə qədər ürək bulanması ola bilər.Hamiləlikdə ürək bulanmasına yaxşı gələn qidalar:Hamiləlikdə ürək bulanmasına ən yaxşı gələn şey, mədə bulandıran yemək və qoxulardan uzaq dayanmaqdır.Körpənin bəslənə bilməyəcəyi qorxusunu ağıldan çıxarmaq lazımdır. Körpə hər vəziyyətdə qidasını alır.
Az - az, tez-tez quru və duzlu qidalar seçilməlidir.
Evin içərisində çiçək, yuyucu toz kimi qoxu verən şeylər mümkünsə balkona qoyulmalıdır.
Səhər yataqdan qalxmadan başında saxlanılan duzlu krekeri yedikdən sonra 30 dəqiqə daha uzanıb ardından ayağa qalxmaq ani səhər qusmalarını önləyə bilər.
Ən rahat qəbul edilə biləcək qidalar; qoxusuz ağ pendir, simit və çaydır.
Hamiləlik dövründə ana namizədinin yatağın yanında biskvit, peçenye kimi quru yeməklər saxlaması və anında dərhal yeməsi gün içərisində yaşanacaq ürək bulanmasının şiddətini azaldar.Ana namizədinin gün içərisində ən az 6 dəfə, amma az miqdarda yemək yeməsi əhəmiyyətlidir. Bu payların tərkibi vitaminli, miqdarı az yeməklər seçilməlidir.
Ana namizədi əsas naharda bütün yeməkləri bir yerdə yeməkdənsə su və şorba kimi həcmli yeməkləri Yeməklər arasında qəbul etməsi lazımdır. Çünki su və şorba kimi qidalar mədə gərginliyini artırır və ürək bulanmasına səbəb ola bilir.
Çobanyastığı, cökə kimi bitki çayları ürək bulanması riskini azaldır. Eyni şəkildə nanə çayının içərisinə limon sıxılaraq içilməsi ürək bulanmasına yaxşı təsir göstərir.
Zəncəfilin ürək bulanmasına yaxşı gəldiyi bilinir. Təzə zəncəfildən bir neçə dilim kəsib bir fincan isti suya ataraq 10 dəqiqə dəmlənməsini gözlədikdən sonra çay kimi içə bilərsiniz. Hətta bəzən zəncəfili iyləmək belə ürək bulanmasını keçirə bilər. Yenə eyni şəkildə limon iyləyə bilər, ya da çayınıza bir iki damla limon suyu əlavə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 210
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri