Hamiləlik və peyvəndlər

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 3 283
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə qadına tətbiq ediləcək olan peyvəndlər, ana namizədinin və ana bətnində yaşamaqda olan körpənin sağlam qalmasına dəstək olur. Bəs, bu dövr ərzində hansı peyvəndlərin aparılması ana namizədləri üçün təhlükəli bir vəziyyət yaradır, hansı peyvəndlər mütəxəssislər tərəfindən tövsiyə edilir?

1. Hamiləlikdə hepatit-B peyvəndi
Ananın daşıyıcı olması vəziyyətində, doğuşun həyata keçməsinin ardından ilk 12 saat içərisində mütləq körpəyə hepatit-B peyvənd edilməlidir. Çünki ana daşıyıcı isə uşağına doğum əsnasında hepatit yoluxdurması mümkündür. Əgər ana deyil də ata hepatit-B daşıyıcısı isə, ananın hamiləlik dövrü ərəfəsində peyvənd etdirməsi lazımdır. Həyat yoldaşı hepatit-B daşıyıcısı olan qadınlar, hepatit-B xəstəliyinə tuturlar. Bu səbəbdən də, ana da peyvənd ilə qorunmanı təmin etməlidir. Əgər ana hamiləlik dövründən əvvəl peyvənd etdirməmişsə, mütləq hamiləlik dövründə peyvənd etdirməlidir.

2. Hamiləlikdə qrip peyvəndi
Qrip hər il özünü yeniləyərək, yenidən qarşımıza çıxır. Hər il baş verən qrip virusuna, hər il yeni bir peyvənd yaradılır. Hamilə ana namizədlərinin, qrip peyvəndi etdirməsinin heç bir ziyanı yoxdur. Bu əmizdirmə dövründə də qrip peyvəndi etdirməyin pis bir nəticəsi yoxdur. Qrip peyvəndi, heç bir şəkildə qripə səbəb olmaz. Peyvənddən sonra görülən yuxarı tənəffüs yolları infeksiyası bir təsadüfdən ibarətdir. Bir sözlə, bu vəziyyətin qrip peyvəndi ilə heç bir əlaqəsi yoxdur.

3. Hamiləlikdə tetenus peyvəndi
Daha əvvəl heç tetanus peyvənd etdirməmiş olan ana namizədlərinin, hamiləlik dövrü içərisində tetanus peyvəndini etdirməsi lazımdır. Hamiləlik dövrünün ikinci və üçüncü üç ayında tetanus peyvəndi edilir. Bir ay ara ilə keçirilən bu tetanus peyvəndi 2 doza edildikdən 6 ay sonra 3-cü doza tetanus peyvəndi edilir.
Ana namizədi hamiləlik dövründən əvvə tetanus peyvəndi etdirmişsə vəpeyvəndin elədiyi zamandan 10 ildən az bir müddət keçmiş isə, ana namizədinin hamiləlik dövründə peyvənd etdirməsinə ehtiyac yoxdur. Ancaq ana namizədi, hamiləlik dövründən əvvəl peyvənd etdirdiyi halda, ən son aparılan aşnın üzərindən 10 ildən artıq bir müddət keçmiş isə, ana namizədinə tək doza peyvənd edilməsi lazımdır.
Tetanus, yeni doğulan körpələrin xüsusilə ilk vaxtlarda 60 % nisbəti ilə ölümcül risk daşıdığından üçün, tetanus peyvəndi çox əhəmiyyətli bir yerə malikdir.

4. Hamiləlikdə meningokokk peyvəndi
Meningokok peyvəndi hamilələrdə meninqokokal menengit epidemiyalarında təklif edilir (1 doza). Anada yaranan anticisimlər plasenta yolu keçərək yenidoğulmuşlarda ilk bir neçə ay ərzində 50%-ə yaxın qoruma təmin edir. Ana və döldə hər hansı bir yan təsiri görülməmişdir.

5. Hepatit A
İnkişaf etməkdə olan ölkələrə gedəcəyi vaxtlarda, əgər ana namizədi hepatit A xəstəliyinə keçirməmişsə hepatit A immünglobulini etdirməsi tövsiyə edilir. Canlı virus peyvəndləri olduğuna görə, hamiləliyin hər dövrü üçün təhlükəlidir.

6. Hamiləlikdə quduzluq peyvəndi
Hamiləlik dövrü içərisində şübhəli heyvanlar ilə təmasda olduğu hallarda hamilənin quduzluq peyvəndi edilməsinin heç bir ziyanı yoxdur. Bu səbəbdən də, belə bir vəziyyət ilə qarşı-qarşıya qaldığı zaman, sizə ən yaxın olan səhiyyə ocağında peyvəndin aparılmasını təmin edin. Hamiləlik dövründə, həm ana namizədi üçün, həm də döl üçün hər hansı bir mənfi nəticəsi yoxdur.

7. Hamiləlikdə hansı peyvəndlər təklif edilir, hansıları ziyanlıdır?
Hepatit A: yüksək riskli bir halda, lazım görülərsə edilməlidir.
Hepatit B: bazı hallarda tövsiyə edilir. Hamiləlik zamanı hepatit B infeksiya üçün riskli olan qadınlar mütləq peyvənd etdirməlidir.
HPV (insan papilloma virusları): MƏSLƏHƏT GÖRÜLMÜR.
Qrip peyvəndi: Təklif edilir.
Xanazır, qızılca, məxmərək: ZİYANDIR.
Meningit: gərək görüldüyü təqdirdə edilə bilər.
Polio: nəzəri olaraq edilməməlidir. Lakin, yüksək infeksiya riski daşınması halında və təcili qorumaq lazımdırsa, edilə bilər.
Tetanuz (Difteriya):mütləq edilməlidir.
Suçiçəyi: ziyandır.
Vərəm peyvənd (BSJ): ziyandır.
Quduzluq:gərək görülərsə etmək olar.
Sarı qızdırma: yoluxma riski çox yüksəkdirsə etmək olar.

8. Hamiləlikdə yalnız həkimin lazım bildiyi zaman aparılan peyvəndlər:
Polio
Sarı qızdırma
Pnevmokokk
Vəba
Göy öskürək
Hepatit A

9. Hamiləlikdə heç vaxt edilməməsi lazım olan canlı hüceyrə vaksinləri:
BSJ
Xanazır
Qızılca
Məxmərək
Su çiçəyi
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri