Hamilelik zamanı qıcqırma

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 863
Səs ver:
(səs: 0)
Əgər siz heç bir zaman mədənizdə qıcqırma hiss etməmisinizsə və bu barədə heç bir təsəvvürünüz yoxdursa, bu, əladır. Ancaq hamiləlik dövründə daha həssas ola və yeməkdən sonra qida borusunda yanğı hiss edə bilərsiniz. Bu, qıcqırmadır.

Qıcqırma nədir?
Qıcqırma, adətən, boğazın aşağı hissəsindən başlayaraq sinəyə qədər olan hissədə hiss olunan göynəmədir. Bu hadisə mədənizdən qida borusuna turşu düşdükdə baş verir. Turşu boğaza qədər qalxa və ağıza tökülə bilər və özündən sonra acımtıl-turş tam qoyur.

Hamilə qadınlarda qıcqırma geniş yayılmışdır, çox xoşagəlməz və ağrılı haldır. Gələcək anaların əksəriyyəti qıcqırma və qida həzmi prosesinin pozulmasını hamiləliyin ikinci yarısında hiss etməyə başlayırlar, ancaq bəzən qadın bu hallarla daha tez də qarşılaşa bilər.

Qıcqırmanın səbəbləri
Hesab edirlər ki, qıcqırmanın səbəbləri orqanizmdə baş verən hormonal və fiziki dəyişikliklərlə bağlıdır. Hamiləliyin nisbətən daha axır vaxtlarında böyüməkdə olan uşaq aşağıdan mədə və bağırsağı basır ki, bu da qidanın həzm olunmasını ləngidir və turşunun qida borusuna itələnməsinə səbəb olur.

Qıcqırmadan yaxa qurtarmaq yolları
Sizi sevindirə bilərik. Qıcqırmanı aradan qaldırmaq üsulları mövcuddur. Çox zaman qıcqırma siz yemək yeyəndə, uzananda və ya əyiləndə baş verir. Məhz sizdə qıcqırmanın hansı hallarda baş verdiyini müəyyənləşdirdikdən sonra bunu etməməyə çalışın, ancaq qıcqırmanı tam aradan qaldırmaq mümkün olmadıqda belə, aşağıdakı tövsiyələr müəyyən rahatlıq gətirə bilər:


Tez həzm olunan yeməklər yeməyə çalışın. Bu o deməkdir ki, çox kalorili, yağlı və kəskin tamlı yeməklərdən, şokolad, sitrus meyvələri, həmçinin şirələr, alkoqol və kofedən imtina etmək lazımdır.

Yeməkdən əvvəl və sonra çoxlu su için.

Süd (və ya südlü içkilər) için, bu, qıcqırmanı yatıra bilər. Əgər süd sizdə qıcqırmanı daha da artırırsa, onda yağsızlaşdırılmış süd için.

Müntəzəm olaraq, tez-tez və az-az qida qəbul edin. Belə qidalandıqda qida mədə turşusunu neytrallaşdırdığına görə çox yığılmağa imkan tapmır.

Uzanıb yeməyin və yeməkdən dərhal sonra uzanmayın. Düz oturun, çalışın əyilməyəsiniz və kəskin hərəkətlər etməyəsiniz. Boş paltarlar geyin, xüsusən də mədə hissənizi sıxmasın. Yeməkdən sonra heç olmazsa, bir saat uzanmayın.

Əgər sizdə qıcqırma gecələr daha çox olursa, çalışın ki, yatmağa üç saat qalmış sudan başqa heç nə qəbul etməyəsiniz.

Yarımuzanmış vəziyyətdə yatın və başınızın altına bir neçə yastıq və ya dürmələnmiş dəsmallar qoyaraq bədəninizin yuxarı hissəsini bir qədər dik saxlayın. Ağırlıq qüvvəsi qidanın həzminə və sizin mədə turşusunun lazım olduğu yerdə qalmasına təsir göstərəcək.

Diqqət yetirin, bəlkə siz qıcqırma törədən dərmanlar qəbul edirsiniz. Əksər hallarda bu, anti-depressantlar və iltihab əleyhinə nesteroid preparatlardır.

Qıcqırma zamanı reseptsiz buraxılan antasid vasitələr və ya alhinatların sizə bir qədər rahatlıq gətirdiyini öyrənə bilərsiniz, ancaq həkimlə məsləhətləşmədən bunları qəbul etməyə tələsməyin. Bu vasitələrin hamiləlik zamanı qəbul edilməsinin təhlükəsizliyinə və məhz sizin simptomlarınız üçün yararlılığına əmin olmalısınız. Eyni zamanda bunları tövsiyə olunan dozadan artıq qəbul etmək olmaz. Unutmayın ki, qıcqırmaya qarşı bəzi vasitələr mədə pozuntularına səbəb ola bilər, əgər hipertoniya və ya toksikozdan əziyyət çəkirsinizsə, digər vasitələrlə də ehtiyatlı davranın.

Antasid vasitələri yeməkdən ya ya yatmazdan əvvəl, qıcqırmanın əlamətləri daha çox büruzə verəndə qəbul etmək məsləhətdir.

Əgər siz həm də dəmir qəbul edirsinizsə, fikir verin ki,bununla antasid vasitələrin qəbulu arasında ən azı iki saat fərq olsun. Əks halda, antasidləçr dəmirin sorulmasına mane ola bilər.

Əgər yuxarıda göstərilənlərin heç biri təsir etmirsə, həkimə müraciət edin. O, sizə başqa bir vasitə məsləhət görə bilər.

Qıcqırmanı başqa əlamətlərlə necə qarışdırmamalı
Qıcqırma ağrısı, adətən, döş hissəsindən boğaza doğru dəyişir. Əgər siz qarının yuxarı hissəsində, qabırğaların altında ağrı hiss edirsinizsə, bu, preeklampsiya (hamilə qadınlarda gecikmiş toksikoz) əlaməti ola bilər.

Əgər ağrı qarının yuxarı sağ tərəfində lokallaşırsa və siz ürəkbulanması hiss edirsinizsə, bu, hamiləliklə əlaqədar qara ciyər problemləri ola bilər.

Ola bilər ki, sizin hamiləliyinizlə heç bir əlaqəsi olmayan, həzm yolu ilə bağlı problemləriniz olsun, məsələn, bu mədə xorası ola bilər.

Əgər hiss etdiyiniz ağrılarla bağlı şübhələriniz varsa, iştahanız küsmüşdürsə, çəkiniz azalmış və ya yuxarıda sadalananlara bənzər digər simptomlar sizi narahat edirsə, mütləq həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 863
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri