Qeysər kəsimi, yoxsa təbii doğuş: mütəxəssislər nə düşünürlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 12 625
Səs ver:
(səs: 0)

Qeysər kəsimi, yoxsa təbii doğuş: mütəxəssislər nə düşünürlər?

20-30 il öncə operativ doğuş müəyyənləşdirilməsi (qeysər kəsimi) nadir hal idi.
Bu gün isə Azərbaycanda və xaricdə doğumun vaxtını müəyyən etməyə üstünlük verirlər. Bu gün qeysər kəsimi o qədər populyarlaşıb ki, hətta sağlam qadınlar belə cərrah bıçağı altına yatmağa hazırdırlar.
Lakin hər şey göründüyü kimi sadə deyil. Cərrah bıçağının altına yatmazdan əvvəl bütün müsbət və mənfi cəhətləri incələmək lazımdır. Bəzi hallarda qeysər kəsimi qaçılmaz olur, lakin bəzi analar könüllü olaraq bunu seçirlər. Bunun analıq və döl üçün səmərəli olduğunu düşünürlər. Doğrudan da belədirmi?
Həkim-ginekoloq İslam Mahalov "Р­С…Рѕ" qəzetinə müsahibəsində bu məsələlərə aydınlıq gətirib.
O hesab edir ki, bu məsələ tibbdən çox cəmiyyətin problemidir.
"Digər cərrahi müdaxilələr kimi, qeysər kəsiminin də müəyyən riskləri var, lakin bu təbii doğuş zamanı olan risklərə bərabərdir. Döl məsələsinə gəlincə, qeysər kəsimi perinatal tədbirlərdəndir, yalnız körpənin həyatını xilas etmək üçün tələb olunur. Ən yaxşı üsul təbii doğuş üsuludur. Doğuş zamanı ana da, körpə də sağlam qalmalıdır. Əgər bunlardan birinin xəsarət almaq ehtimalı varsa, bu zaman qeysər kəsimi həyata keçirilməlidir", - o əlavə edib.
Həkim-ginekoloqun sözlərinə görə, qeysər kəsimi zamanı uşağın travma almaq ehtimalı yoxdur.

 

Redakte edi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 12 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri