Hamiləlikdə niyə qanama olur?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 135 063
Səs ver:
(səs: 4)

 Hamiləlik dövrü boyunca görülən hər cür qanama diqqətə alınmalıdır. Vajinal qanamalar, qayğı oyandıra biləcək əhəmiyyətli inkişaflara işarə verə bilər. Qanama olduğunda diqqət yetirilməsi lazım olan bəzi nöqtələr vardır. Xüsusilə çaxnaşma etmədən, qanamanın şəklinə baxılmalıdır. Tünd rəngdə ya da açıq rəngdə olub olmadığı, qanamanın davamlı ya da aralıq davam edib etmədiyi, qoxusunun olub olmadığı, qanama ilə birlikdə bərk parçacıqların gəlib gəlmədiyi və körpə hərəkətlərinin hiss edilib hiss edilmədiyi əhəmiyyətli nöqtələrdir və həkimə bunların deyilməsi lazımdır. Qusma, ağrı, kramp, atəş və halsızlıq kimi başqa ifadə edilər də varsa yenə həkimlə təcili olaraq görüşməli ya da xəstəxanaya gedilməlidir.

Erkən hamiləlik ya da keç hamiləlik dövründə görülən vajinal qanamaların səbəbləri fərqlidir.
Hamiləliyin erkən dövründə görülən qanamalar
Bu qanamalar hər vaxt ciddi problemlərin başlanğıcı olaraq xarakterizə edilməməlidir. Damla ya da ləkə formasındakı qanamalar təcili vəziyyət sayılmaz, əgər gecə başlamışsa həkimə xəbər vermək üçün səhər olması gözlənilə bilər. Hamiləliyin ilk üç ayında görülən qanamaların bir çox səbəbi ola bilər. Bunlardan başda gələni, hamiləlik dövründə adət qanamasını dayandıracaq hormon səviyyəsinin kafi olmamasıdır. Erkən dövr qanamalarında az rast gəlinən və daha çox qayğı verici səbəblər isə, aşağı və xarici hamiləlik ola bilər. Hər ikisində də qarın ağrısı ilə birlikdə şiddətli qanama görülər.
Gec hamiləlik dövründə görülən qanamalar
Bu qanamalar isə nadir görülən vəziyyətlərdir və dərhal tibbi müdaxilə lazım olduğunun işarəsi ola bilər. Hamiləliyin irəli mərhələlərində görülən bu şiddətli qanamaların başlıca səbəblərindən biri, plasentanın aşağıya yerləşmiş olmasıdır. Plasenta, rahm girişinə ya da rəhm ağızını örtəcək şəkildə yerləşərək rəhmin alt hissəsinə yapışar.
Hamiləliyin son dövrlərində və doğumda risk yaşanmaması üçün yaxşı bir müşahidə lazımlıdır. Plasenta rəhm ağızını tamamilə örtsə ümumiyyətlə normal doğum yerinə sezərən seçilər. Qanamağa səbəb olan digər bir səbəb isə plasentanın rəhmdən erkən ayrılmasıdır. Plasentanın yarısından çoxu rəhm divarından ayrıldığı zaman həm ana həm də körpə üçün təcili vəziyyət söz mövzusudur. Hər iki vəziyyətdə də qanama yüngül ya da şiddətli ola bilər.
Ağrı və rəhmdə həssaslıq görülə bilər. Ultrason daraması ilə vəziyyət açıqlığa qovuşacağından dərhal həkimə gedilməsi və müalicəyə başlanması ana və körpə üçün son dərəcə əhəmiyyətlidir. Əgər qanama yüngülsə əksəriyyətlə qoruyucu müalicə tətbiq olunar. Müalicə üsulu olaraq da, yataq istirahəti, hamiləlik sonuna qədər nizamlı tibbi müşahidə, ana hərəkətlərində məhdudlaşdırmalar, körpə hərəkətlərinin izlənilməsi və vitamin dəstəyi edilməkdədir.
 Tərcümə və Redaktə etdi:PURE LOVE


(səs: 4)
Şərhlər: 3
Baxılıb: 135 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri