Hamiləlikdə hansı yeməklərdən uzaq durmaq lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 18 120
Səs ver:
(səs: 1)
Hamiləlik qadının qidalanmasına ən çox önəm verməli olduğu vaxtdır. 9 ay 10 gün ərzində nə yediyiniz qədər nə yemədiyiniz də önəmlidir.
Özünüzün və körpənizin sağlıqlı qidalanması üçün hamiləlik boyu uzaq durmalı olduğunuz qidalar bunlardır:
- Sosiska, kolbasa və s. bu tip məhsullardan mümkün olduğu qədər az qəbul edin. Bişməmiş balıq, suşi və ya hisə verilmiş balıq yeməyin. Əgər bu məhsullardan yemək istəsəniz mütləq bişirib yeyin. Toksoplazma çiy ətdən keçdiyi üçün diqqətli olun.
- Qara çaydan uzaq durun. Qadınlarda daha çox rast gəlinən qansızlıq və dəmir azlığı hamiləlik zamanı dahda çox rast gəlinir. Dəmirin bədənə sovrulmasının qarşısını aldığı üçün qara çaydan uzaq durun. Əgər çaya bağlılığınız varsa o zaman açıq və limonlu çay için.
- Qəhvə, cola və kofeinli içkilərdən uzaq durun.
- Hazır meyvə şirələri içməyin. Çox şəkərli olan hazır meyvə şirələri əvəzinə özünüz meyvə şirəsi çəkin.
- Spirtli içki qəbul etməyin. Tədqiqatlar göstərir ki, mütəmadi qəbul olunan spirtli içki körpələrin beyin inkişafına mənfi təsir göstərir.
- Bitki çayı içərkən diqqətli olun. Xüsusilə adaçayından uzaq durun. Ihlamur və razyana çayından əlavə digər bitki çaylarından uzaq durun. Açıqda satılan qarışıq bitki çaylarından və bilmədiyin bitkilərdən uzaq durun.

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 18 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri