Arzu olunmaz hamiləlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 11 476
Səs ver:
(səs: 2)
 



 




Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlana bilərsiniz.


Əgər aybaşı vaxtından bir neçə gün keçibsə və hamilə olduğunuzdan şübhələnirsizsə, ilk növbədə əczaxanadan hamiləlik testi alın. Dəqiq cavab almaq üçün testdən düzgün istifadə etmək lazımdır. İlk olaraq, testin son istifadə tarixinə və qablaşdırmanın tamlığının pozulmadığına əmin olun. Ən əsası odur ki, testdən istifadə edərkən səhər ilk sidikdən istifadə etməlisiz. Testi sidiyə salın və bir qədər gözləyin. Bir xətt əmələ gəldikdə cavab mənfi, iki xəttə əmələ gəldikdə bu sizin hamilə olduğunuzu göstərir.


Testin hamiləliyi göstərməsi həmin testlərin hamiləlik zamanı sintez olunan spesifik qadın hormonu olan xorionik qonadotropinə həssaslığı əsasında baş verir. Nəzərə almaq lazımdır ki, test yumurta hüceyrənin mayalanmasından ən azı iki həftə keçdikdən sonra hamiləliyi göstərə bilər. Buna görə də testi mütləq aybaşı vaxtından 1-2 gün keçdikdən sonra yoxlamaq lazımdır.


Diqqət: Hamiləliyin erkən vaxtlarında II xətt tam (zəif) görünməyə bilər, bu da hamiləlik hormonunun sidikdə aşağı konsentrasiyada olması ilə əlaqədardır.


Əgər test səhv nəticə göstərərsə nə etməli?


Əgər sizdə yumurtalıqların disfunksiyası (aybaşı gecikmələrinin əsas səbəblərindən biri) ya kista varsa, hormonların sintezi pozulur və test səhv nəticə göstərə bilər. Test hormonal preparatların qəbulu zamanı da səhv nəticə göstərə bilər.


Bu çox vacibdir: xorionik qonadotropin uşaqlıq boynu xərçəngi zamanı da sintez olunur, nəticədə də test səhv nəticə göstərə bilə. Bəzən də test siz hamilə olduqda mənfi nəticə göstərə bilər. Bu zaman siz öz hisslərinizə güvənməlisiz. Bədəninizdəki gedən dəyişikliklərə fikir verin: ürəkbulanma, süd vəzilərinin böyüyüb ağrılı olması. Rektal temperaturunuzu yoxlayın. (yataqdan qalxmadan termometri düz bağırsağa salın). Temperatur 37 olarsa bu hamilə olduğunuzu göstərən əlamətlərdən biridir.


Əgər həkiminiz artıq hamilə olduğunuzu təsdiq edirsə və əgər siz ana olmaq istəmirsinizsə, onda yeganə yol abortdur. Öz qərarınızı həkimə bildirin, o hamiləliyin vaxtını təyin edəcək.




Abortun növləri


Medikamentoz (dərman vasitələri ilə): 3 həftəyə qədər hamiləlikdə istifadə olunur. Bir tabletkanın qəbulu kifayət edir ki, progesteronun sintezi dayansın və nəticədə mayalanma da dayanır.


Müsbət cəhətləri: Xəstəxanada yatmağa ehtiyac qalmır və hormonal bərpaya ehtiyac olmur. Həm də bu üsulla orqan zədələnməsi və infeksiyaya tutulma ehtimalı yoxdur.


Mənfi cəhətləri: Yalnız hamiləliyin erkən vaxtlarında aparılır. Gec vaxtlarda aparılan abort qanaxma və s. kimi ağırlaşmalar verə bilər.


Mini abort ya vakuum-aspirasiya: 3-4 həftəlikdə oluna bilər. Bunun üçün xüsusi nazik ucluqlu vakuum aparatı ilə birləşən kiçik borudan istifadə olunur. Aparat vasitəsilə mayalanmış yumurta sorulur. Əməliyyatdan sonra xəstə bir neçə saat həkim nəzarətində olur.


Müsbət cəhətləri: Bu proseduranı ambulator olaraq (qadın məsləhətxanasında) da etmək olar. Abort qısa müddətli narkoz ya yerli anesteziya (keyləşdirmə) altında aparılır, ona görə ağrı his olunmur.


Mənfi cəhətləri: Çatışmayan cəhəti odur ki, bəzən dölün hissələri uşaqlıqda qala bilər və yenidən təmizlənmə aparılmağa ehtiyac qalır.


Tibbi abort: 4-12 həftəlikdə aparılır. Bu metod yalnız stasionarda ümumi narkoz altında aparılır. Anesteziya təsir etməyə başladıqda cərrah xüsusi alətlərlə uşaqlıq boynunu genişləndirir və dölü oradan çıxardır. Bütün prosedura 5-10 dəqiqdən artıq çəkmir. Sonra isə hamiləliyin vaxtından asılı olaraq pasient 3 saatdan bir sutkaya qədər nəzarət altında saxlanılmalıdır.


Mənfi cəhətləri: Hamiləliyin vaxtı nə qədər böyükdürsə ağırlaşmalar o qədər çox ola bilər. Ən çox rast gəlinən ağırlaşmalardan biri perforasiyadır (əməliyyat zamanı uşaqlıq divarının alətlə təsadüfən deşilməsi).Bundan əlavə, qanaxma, infeksiyalaşma, gələcəkdə hamilə qala bilməmək problemləri üzə çıxa bilir.


Vacib göstərişlər: Abortdan dərhal sonra qarnın aşağı hissəsində tutmaşəkilli ağrılar hiss oluna bilər. Bu normaldır, sadəcə uşaqlıq öz normal ölçülərini bərpa etməyə başlayır. Bundan başqa, bir neçə gün az miqdarda qan ifrazatının da olması normaldır.


Abortdan sonra uşaqlıq "açıq yara"nı xatırladır, ona görə də çox asanlıqla infeksiyalaşa bilər. Bunun üçün də həkim sizə infeksiyanın qarşısını almaq üçün antibiotik təyin edir. Antibiotiklər bir-iki həftə qəbul edilməlidir.


Bir ay ərzində aşağıdakıları etmək olmaz: cinsi əlaqə, hovuzda çimmək, vanna qəbul etmək, soyuqlamaq, ağır qaldırmaq, idmanla məşğul olmaq.


Vacibdir: Bir həftə ərzində hər gün temperaturunuzu ölçün. Gündə iki dəfə kalium permanqanat qatılmış isti qaynanmış su ilə yuyunmaq, tez-tez alt paltarlarını dəyişmək.


İki həftədən sonra həkimə müraciət edin, həmçinin konraseptiya haqqında məlumat alın.


Qeyd: Bu hallarda mütləq həkimə müraciət edin.
Əhvalınız pisləşibsə, temparatur yüksəlməsi və zəiflik hiss varsa.
Güclü,pis iyli qanlı ifrazat gəlirsə.
Qarnın aşağısında periodik spazm verən, güclü ağrılar varsa.
Menstruasiyanın tez ya gec baş verməsi.
Hamiləliyin əlamətləri davam edirsə: Ürəkbulanma, süd vəzilərinin bərkiməsi.


Editor: Dinimizdə hamiləliyin abort edilməsi normal hallarda yolverilməz və günah sayılmaqdadır!


 

 

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 11 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri