Oğlan olacaq ya qız?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 33540
Səs ver:
(səs: 10)

 

 

 

 

Zəngin təcrübəyə malik olan mamaçalar müəyyən əla-mətlərlə ananın bətnindəki uşağın oğlan və ya qızlığını müəyyən edirlərmiş. Məsələn, hamilə qadının qarnının şişkinliyi yanlara yayılırsa deməli uşaq qızdır, əkər şişkinlik irəli (qabağa) doğru meyillidirsə oğlandır.
***
Əgər qadın hamilə olanda cinsi əlaqəyə girməyə çox meyl göstərirsə bu o deməkdir ki, bətnindəki qız uşağıdır, az meyllidirsə onda oğlan uşağıdır.
***
Mamaçalar hamilə qadının döşündən bir az süd sağıb onu boşqabın içindəki suya tökürlərmiş. Əgər süd qabın dibinə çökərsə deməli qıza hamilədir. ,Yox əgər süd suyun üstündə qalsa bətnindəki oğlandır. ***
Hamilə qadın qarnının ağarlığını sağ tərəfdə hiss edərsə bu o deməkdir ki, oğlan doğacaq. Çünki oğlan uşağı əsasən sağ tərəfdə yerləşməyə meyllidir.
***
Oğlana hamilə olan ananın sol döşünə nisbətən əvvəlcə sağ döşü böyüməyə, şişməyə başlayır.
***
Bətnində rüşeym olan qadınların qız və ya oğlan doğacaqlarını nəbz vurğuları ilə də müəyyən etmək olar. Əgər hamilə qadının nəbzi sağ tərəfdə (sola nisbətən) tez-tez vurursa deməli oğlan doğacaqdır.
***
Əgər hamilə qadının ayaqlarında tez-tez şiş əmələ gəlirsə bu onun əlamətidir ki, bətnindəki qızdır.
***
Qadın hamiləlik vaxtını düzgün bilirsə o bətnindəkinin oğlanlığı və ya qızlığını özü müəyyənləşdirə bilər. Çünki oğlan ana bətnində 3 aydan sonra, qız isə 4 aydan sonra tərpənməyə başlayır.
***
Əgər hamilə qadın bir şey götürmək istəyəndə sağ əlini uzadırsa yaxud bir qədər ayaq üstə dayanandan sonra hərəkət etməyə başlayanda əvvəlcə sağ ayağını atarsa bu əlamətlər ona dəlalət eləyir ki, ananın oğlu olacaqdır.
***

 

(səs: 10)
Şərhlər: 3
Baxılıb: 33540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri