Qadınlar təbii doğuşdan buna görə imtina edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 28 166
Səs ver:
(səs: 3)

Ana olacaq qadınların bir çoxunu normal doğuşun vaginalda genişlənməyə səbəb olub-olmaması maraqlandırır. Normal doğuşun qeysəriyyə əməliyyatından ağrılı və sancılı olmasına baxmayaraq, qadınlar tərəfindən birinciyə daha çox üstünlük verilir.  Bəs normal doğuş vaginalda genişlənmə və sallanmaya səbəb olurmu?


Qadinlar.Biz sayti qadınları maraqlandıran bu problemlə bağlı qadın xəstəlikləri üzrə mütəxəssis professor Bülənt Tıraşın fikirlərini təqdim edir.


- Ana olacaq qadının hər hansı bir sağlıq problemi yoxdursa, qeysəriyyə əvəzinə normal doğuş daha yaxşıdır. Normal doğuşda ananın köməyi, güc verməsilə uşaq daha asanlıqla və sağlam doğular. Qeysəriyyədən  fərqli olaraq, normal doğuş həyata keçirən qadın daha tez sağalır. Bəs qadınlar normal doğuşdan niyə qorxur? Bunun bir səbəbi stress, digər səbəbi isə vaginalda genişlənmədir. Vaginalın genişlənməsi doğuş zamanı dəliyin böyüməsi, uşağın gəliş şəkli və çəkisilə əlaqəli olur. Bir müddət sonra vaginal bölgə yenə əvvəlki vəziyyətinə qayıdır. Çox gücənmə və yaxud uşağın çəkisinin böyük olması vaginalda cırılmalara səbəb ola bilər. Ancaq bunu da əməliyyatla aradan götürə bilərsiniz. Gücənmələri azaltmaq üçün epidoral narkozdan istifadə etmək olar, bu, vaginal sağlamlıq üçün də faydalıdır.


Vaginalda genişlənmə olur deyə qeysəriyyəni normal doğuşdan üstün tutmaq düzgün deyil.  Normal doğuşdan sonra vagina mütləq olaraq əvvəlki vəziyyətinə qayıdır. Bundan başqa normal doğuş ana və uşaq üçün daha böyük üstünlükdür. Normal doğuşdan sonra süd vəziləri genişlənir və süd hormonları artır. Həm də normal doğuş zamanı qadın analıq hissini duya bilir. 

(səs: 3)
Şərhlər: 7
Baxılıb: 28 166
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri