Hamiləlik - Siqaret çəkmə, içki, dərmanlar və kofein

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 763
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə siqaret çəkmə, alkohollu içkilərin qəbulu, dərman və kofein tipli maddələrin qəbulu məhdudlaşdırılmalıdır. Ilk növbədə bu siqaret çəkəməyə aiddir. Siqaret çəkən qadınlar öz körpələrini təhlükələrə məruz qoyurlar. Bundan başqa, əgər hamiləlik zamanı hər hansı bir hadisə baş verərsə, belə qadınlar özlərini təqsirkar bilirlər. Siqaret körpə üçün böyük risqdir, dölün inkişafı ləngiyir, düşük və hamiləliyin donması təhlükəsi yaranır.
Alkoholun istifadə olunmasının zərəri siqaret çəkmə qədər müəyyən deyil, lakin bu maddənin hansı miqdarda qəbul oluna bilməsi də sual altındadır. Iakin alkoholun qəbul olunmasının da nəticəsi hamiləliyin donması, düşük, dölün inkişafının zəifləməsi, anadangəlmə eybəcərliklər və uşaqda davranış pozulmaları ola bilər.
Siz həftədə bir dəfə təqribən bir badə zəif çaxır içə bilərsiniz. Lakin bu az miqdar tez-tez təkrar olunarsa, bunun dölə ziyanı ola bilər.
Dərman maddələrinin qəbulu da həmçinin, əks göstərişlər siyahısına daxildir. Bir neçə faktorun mənfi təsiri dəqiq olaraq müəyyənləşdirilmişdir, bunlara məxmərək xəstəliyi, dərman maddələrindən talomid və radioaktiv şüalanma aidir. Bütün digər faktor və maddələr də şübhə altındadır. Ona görə də mütləq müraciət etdiyiniz bütün həkimlərə hamilə olduğunuzu söyləməlisiniz. Əgər artıq hər hansı bir dərman maddəsini qəbul edirsinizsə, bu barədə də həkiminizə deməlisiniz, çünki, bəzi maddələrin kombinasiyaları da mənfi təsir göstərə bilər.
Bir sıra maddələr var ki, onlar təhlükəli sayılmasalar da, dölə təsir edə bilərlər. Bu maddələrin başında kofein durur. Gün ərzində qəbul etdiyiniz 8 və daha artıq fincan qəhvə və ya çay, koka-kola düşük təhlükəsi və döldə normadan kənar halların yaranmasına səbəb ola bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri