Qalxanvari vəzi və hamiləlik

Müəllif: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 9 843
Səs ver:
(səs: 0)
Hal hazırda qalxanvari vəzi patologiyaları çox yayılıb. Bir çox hallarda bu patologiyalar  ilk dəfə hamiləlik zamanı təyin olunur.

Məsələ burasındadır ki, hamiləlik zamanı qalxanvari vəzi güclü yükləmələrə məruz qalır. Dölün orqan və sistemləri formalaşdığı dövrdə qalxan vəzinin fəaliyyəti artır, o daha çox miqdarda hormoları ifraz etməyə başalayır. Bu əlavə hormonların səbəbinə ana orqanizmində müəyyən vacib dəyişikliklər baş verir, dölün orqan və sistemlərinin normal formalaşması və inkişafı təmin olunur.

Beləliklə, qalxanvari vəzi hamiləliyin gedişatına, dölün inkişafına və doğuşa böyük təsir edir. Qalxanvari vəzi patologiyaları hamiləlik zamanı ağır fəsadlara səbəb ola bilər.
 
Bu fəsadların arasında:

- arterial hipertoniya,

- preeklampsiya,

- ciftin qopması,

- ürək çatışmazlığı,

- dölsalmalar və vaxtdan tez doğuş,

- uşağın ölü doğulması,

- doğuşdan sonrakı uşaqlıq qanaxmalaları.

Qalxanvari vəzi patologiyaları bir çox hallarda dölsalmalara səbəb olur. Bu səbəbdən qadında dölsalmalar bir neçə dəfə təkrar olunarsa, qalxanvari vəzi hormonları mütləq yoxlanılmalıdır.

Bundan əlavə qalxanvari vəzinin fəalityyətinin pozulmaları doğulan uşaqlarda inkişaf qüsurlarına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq hamiləliyi planlaşdıran qadın, o cümlədən,  endokrinoloqun müayinəsindən keçməli,  lazım olduqda  analizləri verməlidir.

Hamiləlik zamanı qadın onun orqanizmində gedən dəyişikliklərə qarşı çox diqqətli olmalı  və hər hansı pozulmadan şübhələndikdə mütləq həkimə müraciət etməlidir. Qalxanvari vəzinin fəaliyyətinin pozulması özünü bu kimi simptomlarla büruzə verə bilər:

- əsəbilik, yuxusuzluq, zəiflik, istilik, ürək döyünməsinin artması (taxikardiya), əllərin əsməsi, tərləmənin artması, ishal. Bu qalxanvari vəzinin fəaliyyətinin artmasının (hipertireoz) simptomları ola bilər.

- depressiya, ürək döyünməsinin yavaşıması (bradikardiya), əzələlərdə qıcolmalar, dərinin quruluğu, qəbizlik, saçların tökülməsi, çəkinin normadan tez artması. Bu qalxanvari vəzinin fəaliyyətinin  azalmasının (hipotireoz) simptomları ola bilər.

Əgər qadında qalxanvari vəzində pozulma hamiləlikdən əvvəl təyin olunubsa, bu halda qadın mütləq hamiləliyini planlaşdırmalıdır və hamiləlikdən əvvəl  endokrinoloqun müayinəsindən keçməli və lazım olan analizləri verməlidir. Hamiləlik təsdiq olunduqda qadın endokrinoloqa müraciət etməlidir.

Hipotireoz xəstəliyi olan və L-tiroksin preparatı (baqotiroks və s.) qəbul edən qadınlarda hamiləlik zamanı dərmanın dozası adətən artırılır. Belə qadınlar hamiləlik zamanı daim endokrinoloqun nəzarətində olmalı və  müəyyən fasilələrlə hormonal analizləri verməlidir (adətən TSH, T4 sərbəst). Lakin bu halda hamiləliyin normal inkişafını təmin etmək mümkün olacaq.

Hamiləlikdən əvvəl hipertireoz xəstəliyi olan qadın da mütləq hamiləlik vaxtı endokrinoloqun nəzarətində olmalıdırvə hamiləliyin müxtəlif dövrlərində qalxanvari vəzi hormonların səviyyəsini təyin etmək üçün analizlər verməlidir. Bir çox hallarda bu xəstələrdə hamiləlik zamanı dərmanın dozası azaldılır və ya dərmanın qəbulu dayandırılır.

Nəzərinizə çatdıraq ki, qalxanvari vəzi pozulmalalı olan hamilə qadınlar həkimin məsləhəti olmadan qəbul etdiyi dərmanların dozalarını dəyişməməlidir. Bu təhlükəli fəsadlara gətirib çıxara bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 9 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri