Diabet və hamiləlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 103
Səs ver:
(səs: 0)
Hamiləlik zamanı enerciyə olan təlabat karbohidrat mübadiləsinin dəyişməsinə səbəb olur. Mama – ginekoloqlar hamiləliyi diabet xəstəliyinin yaranması üçn risk faktoru hesab edirlər. Ona görə də bütün hamilə qadınlarda müntəzəm olaraq qan və sidik şəkərə görə yoxlanılır.
Əgər hamilə qadın şəkərli diabet xəstəliyi ilə xəstədirsə, hamiləlik zamanı onu toksikoz, damar ağırlaşmaları və böyrək infeksiyaları narahat edə bilər. Belə qadınlarda bəzən  uşaqlıq – cift qan dövranının pozulması nəticəsində düşük baş verə bilər.
Doğuş zamanı zəif tutmalar, hipertoniya, böyük çəkili döl kimi ağırlaşmalar yarana bilər. Körpələrdə mədəaltı vəzin patoloci dəyişiklikləri, ürəyin ölçülərinin böyüməsi, beyinin isə kiçik ölçülü olması aşkar olunur.
Təəssüflər olsun ki, hazırda diabetlə xəstə qadınların sayı get-gedə artır. Belə qadınlar gələcək valideyliyə əvvəlcədən hazırlaşmalıdırlar.

Aşağıdakı hallarda diabet xəstələrinə uşaq dünyaya gətirmək məsləhət görülmür:
•əgər hər iki valideyn diabet xəstəsidirsə;
•əgər anada göz dibi və böyrək ağırlaşmaları ilə gedən diabetin ağır forması varsa;
•diabet xəstəliyi ağır infeksiyalarla (vərəm) və rezus - konflikti ilə yanaşı gedərsə;

Diabet xəstəliyinin müalicəsində pəhriz böyük rol oynayır, beləki, qida zülallarla zəngin olmalı, yağların miqdarını azaltmaq və karbohidratları isə tamimilə kənar etmək lazımdır. vitaminləri və mineral maddələri yaddan çıxarmayın.
Mama-ginekoloci klinikalar belə qadınlara hərtərəfli yardım göstərməyə hazırdır. Müalicə vaxtında – hələ hamiləlik baş verməzdən əvvəl başlanarsa, daha gözəl nəticələr əldə etmək olar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri