Hamiləliyin son dövründə bunu etmək təhlükəlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 951
Səs ver:
(səs: 1)
Hamiləliyin son dövrlərində bir çox qadınlara yataq rejimi tövsiyə edirlər. Bunun bəzi üstün cəhətləri olsa da, diabet xəstəliyinə səbəb ola bilir. Həmçinin depressiya və əzələ itkisinə səbəb olur. Hamiləlik zamanı çox oturan qadınların övladlarının çəkisi doğuş zamanı aşağı olur.

Yeni araşdırma göstərib ki, qadınlara hamiləlik zamanı fiziki aktivliyi tam məhdudlaşdırmaq tövsiyə edilmir. Adətən hamilə qadınlarda vaxtından əvvəl tutmalar, arterial təzyiq, dölün böyüməsində problemlər və uşağın düşmə riski olanda məsləhət görülür ki, yataq rejiminə keçsinlər. Ancaq yataq rejimi, demək olar ki, heç vaxt müsbət nəticələr vermir.

Tədqiqatlar göstərib ki, yataq rejimi həmin problemlərin aradan qaldırılması üçün faydasızdır. Yataq rejimi əzələ və sümük kütləsini azaltmaqla yanaşı, ayaqlarda trombların və ağciyərlərdə suyun yığılmasına da səbəb ola bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri