Doğuş həblərindən istifadə edərkən diqqətli olun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 890
Səs ver:
(səs: 2)
Kontraseptiv həbləri tərgidən kimi dərhal hamilə qalmayın! 2 ay gözləyin!
 
Kontraseptiv həblərin istifadəsini dayandırıb dərhal hamilə qalan qadınları düşük təhlükəsi gözləyir.
Düşük, hamiləliyin 20-ci həftəsindən əvvəl sonlanmasıdır. Düşüklərin əksəriyyəti hamiləliyin ilk 12 həftəsində, yəni 3 ayında ortaya çıxır. Düşüyə nələr səbəb olur?
Ən sıx düşük səbəbi yüzdə 60 ehtimalla xromosom anormallığıdır. Körpənin genetik yaranışında bir problem vardır. Əgər yaranışında bir problem varsa, bu hamiləlik çox hallarda düşüklə sonlanır. İkinci səbəbi isə bilinməyəndir. Hər yüz düşükdən 30-u səbəbsiz olur. Ananın infeksiyaya yoluxması da səbəb ola bilər, ancaq bu, ardıcıl düşüklərin əsl səbəbi kimi qəbul edilə bilməz.
Travmalar, ananın qarnı üstə yıxılması, hündürlükdən düşməsi, yumurtalıqda şiş olması da düşüyə səbəb olur. Müasir dövrdə şəhər qadınlarının gec yaşda ana olmaq seçimi də düşüyün əsas səbəblərindən biridir. 30 yaşdan sonra ana olmaq istəyən qadınlarda xromosom anormallığı yaşanır. Doğuş həbi istifadə edib tərgitdikdən dərhal sonra hamilə qalan qadınların uşaqlarında xromosom anormallığı riski daha çox olur. Qadın bu dərmanları tərgitdikdən sonra 2 ay gözləməlidir. İki aydan sonra hamilə qala bilər.
 
Düşükdən sonra mütəq abort edilməlidir?
Düşüyün həlli ana namizədin halına görə edilir. Əgər anidən çox qanaxma yaşanarsa, bütün qalıqlar özlüyündən bayıra atılmış olur. O zaman aborta getməyə gərək yoxdur. Ancaq yenə də ultrasəs müayinəsi edilməlidir. Uşaqlığın içi təmizdirsə, problem yoxdur. Əgər qanama nəticəsində uşaqlıqda qalıqlar qalıbsa,  aborta ehtiyac duyulur.
 
İlk hamiləliyində abort etdirən qadınların sonradan düşük riski artırmı?
Yox,  ancaq abortun çox yaxşı mütəxəssis tərəfindən edilməsi lazımdır. Kiçik - 8-10 həftəlik hamiləliyin bitirilməsində vakum abort məsləhətdir. Bu halda uşaqlıqda yapışqanlıq yaranmaz. Uşaqlıq qaşınarsa, uşaqlıq içində yapışqan ehtimalı çoxdur. O halda düşük ehtimalı da çox olur.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri