Xanımlar hamiləlik vaxtı bunları etməlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 745
Səs ver:
(səs: 1)
Yazıçı A.İ.Gertsenin təbirincə desək kiçik dövlət olan ailə uşaqdan başlayır. Hamı onun yolunu səbirsizliklə gözləyir. Kimliyi çox vaxt sirr qalsa da, amma o qədər arzuolunandır ki… Övladın sağlam doğulması üçün ana hamiləlik zamanı bir çox amillərə diqqət etməlidir.
 
Ana bətnindəki övladına müsbət enerjini necə ötürə bilər?
Qadın təmiz havada gəzib, kitab oxuyub, musiqi dinləyib və ya yoldaşı ilə xoş söhbətlər edəndə də bütün müsbət enerjisini gələcək övladına ötürür. Burada atanın da böyük rolu var. Ata gününün çoxunu işdə keçirir.
Əgər ata heç olmasa axşamlar ana bətnində olan övladı ilə söhbətləşsə, dünyaya gələn uşaq artıq 2 səs tanıyacaq. Çünki uşaq bətndə olanda ananın səsi bir cür, doğuşdan sonra isə başqa cür səslənir. Uşağa yaxın olan səs atanın səsidir. Valideyn ürəkdən gələn bütün xoş istəklərini və arzularını doğulacaq  körpəsinə
bildirməlidir.
 
Hamilə qadının rejimi:
Ana öz uşağının gündəlik rejimini özü tərtib edir. Əgər qadın gecələr xörək yeyirsə, onda uşaq da doğulandan
sonra gecələr qida tələb edəcək. Ana heç olmasa saat 24:00-dan 6:00-a kimi yatarsa, onun övladı da bu rejimi təkrarlayacaq. Bu cədvəl pozularsa, uşaq buna vərdiş edəcək və özünü proqramlaşdıracaq. Narahat
yatan, gecəni gündüzlə əvəz edən qadınlar mütləq peşəkarlara müraciət etməlidirlər. Çünki bunun fəsadı gələcəkdə özünü uşaqda göstərəcək.
 
Hamilə qadın və iş:
Hamiləliyin 7-9-cu ayında işləmək erkən doğuşa gətirib çıxarır. Bu səbəbdən də son iki ayı qadının işləməməyi məsləhətdir. Hamilə qadın çox insan olan yerdə az olmalıdır. Çünki kütlə çox olan yerdə enerji də çox olur. Hamilə qadın səs-küylü mərasimlərdən uzaq durmalıdır. Hamilə qadın işləmək əvəzinə hər hansı bir tamaşaya, konsertə və ya kinoya getsə, daha yaxşı olar. Amma qadına ayaqlarını salladıb, oturmaq qəti qadağandır.
Çünki hamilə qadının ayaqları şişkinliyə meyilli olur.
 
Hamilə xanımın idmanı:
İdman zamanı hamilə qadın enerji və kalori itirib, yorulduğu üçün yüngül salat, meyvə, buterbrod yeməli, təbii meyvə şirəsi içməlidir. Buterbrodun çörəyi tosterdə qurudulsa yaxşıdır. Çünki bu cür çörəyin kalorisi az olur. Hamiləlik zamanı qadın idmanla məşğul olarsa, doğuşdan sonra bir o qədər az kökələr və bədən bir o qədər tez yığılar. İdman edən və bədənini kremlə masaj edən hamilə qadının qarın nayihəsində çapıqlar əmələ gəlmir. Hamilə qadın kökəlməmək üçün idmandan sonra un məmulatları və şirniyyatdan uzaq durmalıdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 745
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri