Hamiləlik barədə doğru və səhv fikirlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 681
Səs ver:
(səs: 0)
Təbriklər! Artıq ana olmağa namizədsiniz. 9 ay davam edəcək olan bu dövrdə körpənizin sağlamlığı qədər sizin sağlamlığınız da böyük əhəmiyyət daşıyır.
 
Hamiləlikdə hər eşitdiyinizə inanmayın
Hamiləlik dövründə bir çox insan ağız və diş sağlamlığı haqqında eşitdiyi səhv məlumatlara əsaslanaraq dental müalicələrdən yayınır.
 
Hər hamiləlikdə bir diş itirilir: SƏHV
Xalq arasında hamiləlik əsnasında körpənin özü üçün  lazımlı olan kalsiumu ananın dişlərindən alaraq anasının dişlərinin tez çürüməsinə  gətirib çıxardığı, bu səbəbdən ana namizədlərinin diş itkisinə məruz qaldığı kimi  düşüncə tərzi reallığı əks etdirmir.
 
Hamiləlikdə dişlərdə kalsium çatışmazlığı olur: DOĞRU
Hamiləlik dövründə körpənin və ananın sümüklərinin  sağlam ola bilməsi üçün ana namizədi, gündəlik olaraq 1200 ilə 1500 mq kalsium  qəbul etməlidir. Ana namizədi əgər kalsium ehtiyacını qidalardan ala  bilməzsə, körpənin inkişafı üçün lazım olan kalsium ananın sümüklərindən  alınacaq. Ancaq ana namizədi hamiləlik dövründə yaxşı bəslənsə,  ağız-diş baxımı normalarına əməl etsə hamiləlik dövründə  diş problemləri ilə qarşılaşmaz.
 
Hamiləykən dişlər daha az fırçalanmalıdır: SƏHV
Hamiləlik hormonlarının təsiri ilə diş ətləri daha tez qanayan ana namizədi, dişlərini  fırçalamaqdan yayınır. Ancaq ana namizədləri, hamiləlik dövründə  diş sağlamlığına daha çox diqqət göstərməlidir. Səhər yeməyindən sonra və axşam  yatmazdan əvvəl dişlər diqqətli bir şəkildə fırçalanmalıdır.
 
Hamiləlikdən əvvəl diş çürüyü müalicə edilməlidir: DOĞRU
Dişlərdə çürük varsa hamiləlik qabağı onlar  müalicə edilməlidir. Hamiləlikdə  çürük dişlər erkən doğuma, körpənin aşağı çəkili doğulmasına yol aça bilər.
 
Qusduqdan dərhal sonra dişlər fırçalanmalıdır: SƏHV
Qusduqdan dərhal sonra diş fırçalanmamalı, ağız bol su ilə yaxalanmalıdır. Əks halda mədə turşusu ilə birləşən diş fırçalama prosesi, dişlərin quruluşunda aşınmalara səbəb ola bilər.
 
Hamiləlik vaxtı şirin qidalar yeyilsə uşaq qız, turş qidalar yeyilsə oğlan olur: SƏHV
Hamiləlik əsnasında bəslənmə, həm ananın həm də körpənin  ümumi sağlamlığı və ağız-diş sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Ancaq  istehsal  edilən qidaların körpənin  cinsiyyətini təyin edilməsində  heç bir təsiri  yoxdur. Əksinə, ana namizədləri xüsusilə yemək aralarında şəkərdən  mümkün qədər uzaq olmalıdırlar. Qurudulmuş meyvə və karamel kimi yapışqan şəkərli yeməklərdən  çox az istifadə etməlidirlər.
 
Hamiləlik zamanı diş daşlarını təmizlətdirmək olmaz: SƏHV
Ana namizədləri, hamiləlik dövründə ağız və diş sağlamlığına normal dövrdən daha çox diqqət göstərməlidir. Hamiləlik əsnasında baş verən hormon artımı, ağız boşluğunu xarici faktorlara qarşı xüsusilə bakteriyalara  qarşı daha həssas edir. Bu səbəblə hamiləlik dövründə üç-dörd aydan bir diş  daşı təmizliyi etdirmək, çətinləşən ağız gigiyenasını qorumaq üçün ideal bir yoldur.
 
Hamiləlikdə dental  müalicədən yayınmaq lazımdır: DOĞRU
Körpənin  orqan inkişaf mərhələsi olan hamiləliyin ilk 3 ayında, təsirli dental müalicələrdən  uzaq olmaq lazımdır.
 
Təcili müdaxilə lazım olan vəziyyətlərdə belə müalicədən yayınmaq lazımdır: SƏHV
Diş ya da diş əti iltihabı kimi təcili vəziyyətlərdə, mövcud infeksiyanın körpənin inkişafına dental müalicənin mənfiliklərindən daha  çox təsir edə biləcəyi düşüncəsi ön plana çəkilməli və bir ginekoloqun nəzarəti altında dental müalicə edilməlidir.
 
Hamiləlikdə ağız qarqarası edilməməlidir: SƏHV
Hamiləlik  dövründə ağız qarqarası ya da ilıq duzlu su ilə qarqara edilməlidir. Xüsusilə ilıq duzlu su diş ətlərini rahatlaşdırar və diş əti həssaslığını azaldır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri