Hamiləlikdə necə qidalanmalı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 623
Səs ver:
(səs: 7)
Ana hamiləlik ərzində yetərincə qidalanmalıdır. Bütün hamiləlik dövrü boyunca ana 11-13kq çəki artıra bilər. Onu da qeyd edək ki, artan çəki doğuş və zahılıqdan sonra da sizə hamiləliyinizin hədiyyəsi olaraq qalacaqdır.
Hamiləlikdə artan çəkinin səbəbləri:                                                        
Körpə
3. 5kq
Plasenta
700 gr
Dölyanı maye
800 gr
Uşaqlıq
900 gr
Süd vəziləri
400 gr
Qan həcmindəki artım
1.250 gr
Toxumalardakı su artımı
1.250 gr
Anadakı yağ toxuması artımı
3.200 gr
CƏMİ
12.000 gr
 
Hamiləlikdə artan çəkinin ancaq üçdə biri yağ toxumasındakı artıma bağlıdır. Artan çəkinin təxminən 6 kilosu körpənin doğumuyla birlikdə itib gedir. Su itkisi də buna əlavə olunduqdan sonra ilk həftə sonunda təxminən 8 kilo itirilir.
Artan çəkini məşq və dieta ilə itirə bilərsiniz. Məşqin bir qorxusu yoxdur, amma dieta üçün əmizdirmə dövrü sonrasını, heç olmasa körpənin əlavə qidalara başladığı 6cı aydan sonranı gözləyə bilərsiniz.
 
Əsas qidalanma Prinsipləri
Üç əsas və 2 vəya hətta lazım olsa 3 əlavə pay təklif olunur. Bu cür qidalanma hamiləliyin erkən dövründə bulantı və qusma şikayətlərinin daha az görülməsinə köməkçi olur.
Hamiləliyinizin son dövründə bədəniniz normadan çox yorulacaq və ehtiyacınız olan enerjini sizə karbohidratlar təmin edəcək. Çörək və taxıl məmulatları karbohidrat baxımından zəngin qidalardır. Bədənə enerji verməkdən əlavə, B vitamini, dəmir və fol turşusu baxımından da zəngindirlər. Buğda çörəyi, yarma və kəpəkli yeməklər də zəngin enerji qaynaqlarıdır. Buna görə bu yeməkləri masanızdan əskik etməməlisiniz.
Kalori ehtiyacınızı qarşılamaq üçün təbii ki, karbohidratlı və yağlı yeməklər qəbul edilməlidir. Ancaq, yağlı və şirin yeməklər gündəlik payın 7% indən az olmalıdır. Həddindən artıq çəki artımının qarşısını almaq üçün karbohidratlı qidaları qida rasionunuzdan tamamilə çıxarmaq da səhvdir. Əgər karbohidratlar az miqdarda qəbul olunarsa bədəniniz enerji təmin etmək üçün zülalları və yağları istifadə etməyə başlar. Belə bir vəziyyətdə körpənizin beyin və sinir sistemi inkişafını təmin edəcək kifayət qədər zülal olmaz. Düyü, un, yarma kimi kompleks karbohidrat qaynaqları ana üçün enerji qaynağı olmaqdan əlavə B qrup vitaminləri və sink, selen, xrom, maqnezium kimi əsas elementlərdən də bol miqdarda təşkil olunublar. Karbohidratların normadan artıq qəbulu körpəyə əlavə müsbət təsir göstərməyərək yalnız ananın həddindən artıq çəki artırmasına səbəb olurlar.
Zülallar saç telindən dırnağa qədər bədəndə olan bütün hüceyrələrin quruluş hissəsi olduqları kimi beyin və sinir sisteminin inkişafı üçün də həyati əhəmiyyətə sahibdirlər. Bu səbəbdən də hamilə qadınların gündə 60-80 qram zülal qəbul etmələri əhəmiyyətlidir. Mikroskopik bir embrionu sağlam bir körpəyə çevirə bilmək üçün milyonlarla kiçik hüceyrə lazımdır. Zülallar əsas olaraq bu vəzifəni yerinə yetirəcək maddələrin meydana gəlməsini təmin edirlər. Hamiləliyin son üç ayında gündə 150-200 qram zülal qəbul etməniz lazımdır. 75 qram sümüksüz ət, toyuq və ya balıq mükəmməl zülal qaynaqlarıdır.
Zülal baxımından zəngin olan bir çox qidalar eyni zamanda dəmir qaynağıdır. Hamiləliyin son aylarında körpə doğuşdan sonra ilk aylarında istifadə etmək üçün dəmir toplayır. Bu dövrdə qan həcminiz davamlı artdığı üçün sizin də dəmirə ehtiyacınız vardır. Əgər kifayət qədər dəmir qəbul etməsəniz, körpə bədəninizdə olan dəmiri istifadə etməyə başlayacaq. Bu səbəbdən dəmir əksikliyi ümumiyyətlə yeni doğulan körpələrdən çox hamilə qadınlarda tez-tez rast gəlinir.
Zülal ehtiyacı hər gün 1 yumurta, 2 stəkan süd, süd məhsulları, paxlalılar (paxla, mərcimək vəs.) və ət məhsulları (həftədə ən az bir dəfə) ilə ödənə bilər. Qırmızı ətin yağlı olmamasına diqqət yetirmək lazımdır. Gündə içilən 2 stəkan süd körpəyə lazımlı kalsiumu ödəməkdə də kifayətdir. Süd içə bilməyənlər bunun yerinə pendir ya da qatıq yeyə bilər.
Həkiminiz sizə hamiləliyinizin 4cü ayından etibarən dəmir dərmanı və lazımlı gördüyü təqdirdə vitamin təklif edəcək. Əgər qanazlığınız varsa dəmir preparatları hamiləliyin əvvəlindən etibarən verilə bilər. Siz də hamiləlikdə artan dəmir ehtiyacını qarşılamaq üçün bəhməz, kişmiş, qırmızı ət, yumurta, quru paxlalılarla zəngin qidaların qəbul edilməsinə əhəmiyyət verməlisiniz. Erkən hamiləlikdə dəmir qəbulunun tək qorxusu mədə şikayətlərini, bulantı-qusma şikayətlənmələrini artıra bilməsidir. Normal şərtlərlə müntəzəm bəsləndiyiniz təqdirdə xaricdən vitamin verilməsi lazımlı olmaya bilər. Həkiminiz sizin üçün vitamin dəstəyinin lazımlı olub olmadığına sizin qidalanma səviyyənizi qiymətləndirdikdən sonra qərar verəcək.
Ən əhəmiyyətli mövzulardan biri də hamiləlik boyunca bol maye qəbuludur. Kifayət qədər maye qəbul etmək, xüsusilə hamiləlikdə tez-tez rast gəlinən sidik yolu infeksiyasını, erkən doğuş təhlükəsini, körpənin içində yerləşdiyi mayenin azalması kimi vəziyyətlərdə faydalıdır.
Nümunə olaraq gündəlik yemək siyahısı aşağıda verilmişdir:
Səhər: 1 kibrit qutusu qədər pendir, 1 yumurta, 1 stəkan süd,
2 dilim çörək, istənsə 1 stəkan açıq çay,
Əlavə: 1 pors. meyvə
Günorta: 3 kiftə qədər ət, 1 pors. tərəvəz yeməyi, 2 yemək qaşığı düyü plovu,
1 kasa qatıq, 1 dilim çörək
Əlavə: 2 boşqab meyvə
Axşam: 3 kiftə qədər ət, 1 pors. tərəvəz yeməyi, 1 qab şorba, salat
Bu siyahıya bağlanmaq məcburiyyətində deyilsiniz. Əhəmiyyətli olan ehtiyaclarınızı mütləq götürmək və həddindən artıq qəbuldan da qaçınmalı.
Aşağıdakı xüsusiyyətləri də ağlınızda saxlayın:
• Gündə 3 dilim çörəkdən artıq olmaz. Plov, makaron kimi qidaları 2-3 qaşıqdan çox qəbul etməyin.
• Mütləq 8-10 stəkan su üçün. Kola, limonad və şəkərli içkilərdən uzaq durun. Çox mineral su içməyin. İsti günlərdə maye miqdarını artırın.
• Qızartmanın hər cüründən qaçın. Son zamanlarda, xüsusilə kartof qızartmasının və cipsin döl üzərində mənfi təsirləri olduğunu göstərən işlər nəşr olunmuşdur.
• Şokolad, dondurma, biskvit, keks sizin üçün heç uyğun olmayan qidalardır.
• Spirt qəbul etməyin. Mümkün olduğunca az və açıq çay için. Qəhvə içməyin, ancaq ürəyiniz çox istəsə az miqdarda içmənizdə də qorxu yoxdur.
• Konserv və hazır qidaları yeməyin.
• Öz-özünüzə duz məhdudlaşdırması etməyin. Amma turşu kimi həddindən artıq duzlu qidalardan da qaçın.
Hamiləlikdə Oruc tutmaq: Oruc tutmaq sağlam insanların edə biləcəyi bir ibadətdir. Hamiləlik hər nə qədər bir xəstəlik olmasa da, anada yaranan dəyişikliklər, onu fərqli bir vəziyyətə gətirməkdədir. Bu mövzuda qətilik qazanmış bir məlumat olmamaqla birlikdə, hamiləlikdə əsas olan, bir anda çox yemək deyil, qısa aralarla tez-tez yeməkdir. Burada məqsəd inkişaf edən körpəniz üçün davamlı bir qida axışını təmin etməkdir. Xüsusilə körpənizin sürətli inkişaf dövrü olan son üç aylıq dövrdə uzun müddət ac qalmanız doğru olmaz. Əgər çox arzu edirsinizsə, aramlı olaraq bir neçə dəfə oruc tuta bilərsiniz, amma bir neçə şərti də yerinə yetirməlisiniz:
• Uzun yaz günlərində oruc tutmağı sınamayın belə.
• Gecə tox qarına yatmaq mədə şikayətlərinizi artıracağından, yeməkdən sonra bir az ara verin və yatan zaman yastığınızı yüksək qoyun.
•gündüz 1-2 saat yatın
• İftardan sonra bir neçə dəfə yeyin.
İslam dininin hamilələrə və zahılara oruc tutmağı məcburi etmədiyini də xatirinizdən çıxarmayın.
Hamiləlik müddətində ana qeyri-kafi və balanssız qidalandığında nələr ola bilər:
- Ana zəifləyər. Ana orqanizmindəki qida elementlərinin ehtiyat anbarlarının
tarazlığı pozular. Ana və uşağın sağlamlığı pozular.
- Anada qanazlığı yarana bilər.
- Qıçları və göz qapaqları şişər. Bu vəziyyət kifayət qədər zülal qəbul etməməyin əlamətidir.
- Tez yorular, iş qabiliyyəti azalar.
- Xəstəliklərə tez-tez tutular və yaxşılaşma müddəti uzanar.
- Sümük toxuması zəifləyər. Qeyri-kafi qidalanma ilə yanaşı D vitamini qaynağı olan
günəş süalarından da faydalana bilməzsə ananın sümüklərində kalsium və fosfor azalar.
Sümüklərin yumşalmasına səbəb olar.
- Hamiləlik zəhərlənilməsi (toksikoz) meydana çıxar.
- Ananın ölüm halları ola bilər.
- Ölü doğulma, erkən doğuş, cılız-zəif uşaq doğumu, fiziki və zehni cəhətdən geri qalmış uşaq doğumları ola bilər.
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 10 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri