İlk həftə hamiləlik (1-ci həftə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 13 882
Səs ver:
(səs: 3)
Həkimlər xalqın əksinə hamiləliyi aylıq olaraq deyil, həftəlik olaraq hesablayırlar. Əslində hamiləliyin başlanğıcı olan döllənmə hamiləliyin ilk həftəsindən təxminən 14 gün sonra baş verir. Ancaq hesabamanın doğru edilə bilməsi baxımından praktikada, son menstruasiya tarixi, hamiləliyin başladığı tarix olaraq qəbul edilir. Son menstruasiyanın başladığı gün hamiləliyin başlanğıcı qəbul edildikdə, cəmi hamiləlik müddəti təxminən 280 gün, yəni 40 həftəyə uyğun gəlir.
 
İlk həftədə bədəninizdə yaranan dəyişiklikləri sadalasaq: Təxminən 2-3 ay əvvəl yumurtalıqda inkişafa başlayan bir qrup yumurta hüceyrəsindən, sürətli inkişaf edən təxminən 20-yə qədər yumurta, ətraflarında maye dolu bir kisəciklə böyüyərək, öz aralarında bir yarışla döllənmə şansı olan ən böyük yumurta halına gəlməyə çalışarlar. Beyindən gələn bir mexanizm ilə ən böyük kist çatlayar və yumurta qarın boşluğuna atılar. Bu dövr iki menstruasiya qanamasının təxminən ortasında olur. (menstruasiyanın ilk günündən etibarən 10-18 -ci günlər) Bu zaman qadının hamilə qalma şansının ən yüksək olduğu dövrdür. Bu dövrdə hamiləlik planlamış bir cütlük günaşırı və ya hər gün əlaqədə olacaq şəkildə özlərinə zaman ayırmalıdırlar. Bir adət dövründə hamilə olma şansı təxminən 20 %olduğundan müsbət nəticə əldə edə bilməyən cütlərin, əhvallarını pozmadan bənzər bir cinsi əlaqə rejimini davam etdirmələri lazımdır.
 
Qarın boşluğuna atıldıqdan sonra uşaqlıq kanalı tərəfindən tutulan yumurta təxminən 12-24 saat müddətlə döllənməyi gözləyir .Döllənmə olsa (iki hüceyrənin birləşməsi ilə tək bir hüceyrə meydana gəlib çoxalmağa başlayar) hamiləliyin ilk mərhələsinə keçilər. Əgər döllənmə olmazsa, yumurta ölər və bu bir sonrakı adət qanaması ilə nəticələnər.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 13 882
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri