Hamilələr yaşıl çay içə bilərmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 19 661
Səs ver:
(səs: 3)
Söz mövzusu körpənizin sağlamlığı olduğu zaman bəzi qidalardan uzaq dayanmanızda və ya bəzilərini müəyyən ölçülərdə qəbul etmənizdə fayda var, əzizlərim! Yaxşı, hamilələr yaşıl çay içə bilərmi?
Həddindən çox istifadə etməmək şərti ilə yaşıl çay hamiləlikdə qəbul edilə bilər. Gündə 3-4 fincan içə bilərsiniz. Əsrlərdir sağlamlığa faydalı bir qida olan yaşıl çay antioksidant baxımından çox zəngindir. Antioksidantlar bədənimizdəki hüceyrə zərərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Araşdırmalar ürək narahatlığı, yüksək təzyiq və bəzi növ xərçəngə qarşı yaşıl çayın faydalı olduğunu dəfələrlə vurğulayıblar. Bəzi mütəxəssislər isə çox yaşıl çay qəbulunun bədəndəki folik turşu səviyyəsinə mənfi təsir edəcəyini xüsusi olaraq vurğulayırlar. Fol turşusu hamiləlikdə alınması lazım olan ən əhəmiyyətli qida dəyərlərindən biridir.
Aparılan bir araşdırma hamilə qalma mərhələsində həddindən artıq yaşıl çay içən qadınların körpələrində problem yaşana biləcəyini müdafiə edir. Sübut olduqca az olsa da hamiləlikdə yaşıl çaydan qaçınılması təklif edilməkdədir.

Yaşıl çayın içərisində digər çaylarda olduğu kimi kafein vardır. Kafein hamiləlikdə mümkün olduğu qədər uzaq dayanılması lazım olan bir maddədir. Ayrıca bütün çaylar dəmirin bədən tərəfindən sorulmasını azaldır. Bu səbəblə bəlkə hamiləlikdə uzaq dayana bilinər və süd və təzə sıxılmış meyvə suları kimi daha qidalı və faydalı içkilərə yönələ bilər.

Hamilələrin içməsinə təhlükə yatmayan bitki mənşəli çaylar:
- Moruq
- Limon
- Zəncəfil
- Cökə
- Alma
- Portağal
- Çobanyastığı
- Şüyüd
- Yaşıl çay

Hamiləlikdə hansı bitki çayları içilməməlidir?
Bu çaylar uşaqlıq sıxılmalarına səbəb ola bilər:

- Aloe Vera
- Qərənfil
- Darçın
- Kəklik Yağı
- Zəfəran
- Cəfəri
- Yasəmən

Hər cür mövzuda olduğu kimi yaşıl çay və digər bitki çayların qəbulunda da həkimə müraciət etmək ən doğrusudur.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 19 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri