Hamilə qadınlar diqqətli olsunlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 921
Səs ver:
(səs: 1)
Hamilə qadınlarda vaxtından əvvəl baş verən doğuş (tam 37-ci həftəyədək olan doğuş) qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş deyil. Bu əməliyyat klinik göstərişlərə görə yalnız seçim metodudur.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə hər 100 doğuşa 5-18 arasında tərəddüd edir. Ümumdünya Səhiyyə Təşkilatının 2010-cu il üzrə məlumatlarına əsasən, Azərbaycanda vaxtından əvvəl doğuşların göstəricisi hər 100 doğuşa 8,5 təşkil edir.

Hamiləliyin 22-27 həftəsində 10%-ə yaxın uşaq doğulur ki, bu halda perinatal xəstələnmənin və ölümün göstəriciləri son dərəcə yüksək olur. Hamilələyin 28-33 həftəsində 20%-ə yaxın uşaq, 34-37 həftəsində 70%-ə yaxın uşaq doğulur. Daha erkən müddətdə doğulanlar ilə müqayisədə 34-37 həftəsində doğulanlar arasında yenidoğulmuşların infeksion xəstələnmələri əhəmiyyətli dərəcədə azdır. Hamiləliyin uzadılması bu müddətdə perinatal ölüm göstəricisinə əhəmiyyətli təsir göstərmir.

Erkən neonatal ölümlərin 60-70%-i, nevroloji xəstəliklərin, o cümlədən, uşaq serebral iflicinin, görmə qabiliyyəti pozulmalarının (korluq daxil olmaqla), eşitmə qabiliyyəti pozulmalarının (karlıq daxil olmaqla), ağciyərlərin ağır xronik xəstəliklərin 50%-i vaxtından əvvəl doğulmuşların payına düşür.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri