Əmizdirmə problemləri: sinədə çatlar çatlar

Müəllif: emis
Şərhlər: 3
Baxılıb: 5 243
Səs ver:
(səs: 2)
Uşağın əmizdirilməsi anaya ağrı verməməlidir.

Əgər əmizdirmə zamanı ana ağrı hiss edirsə, döş giləsi isə əmizdirdikdən sonra qızarmış olursa (sanki onun üzərindəki dəri soyulmuşdur), bu, döş giləsində sıyrıntı olmasının əlamətidir. Bu zaman növbəti əmizdirmələr də eyni qaydada aparılarsa, ananın döş giləsində tez bir zamanda çatlar yaranacaq. Bu çatlar ağrılı olur, çatlardan qan axır. Bu zaman uşağın əmizdirilməsi xeyli ağrılı, bəzi hallarda isə mümkünsüz olur. Bəs, bu problemi necə həll etmək lazımdır?

Uşaqlar doğularkən heç də, ananın döşünü düzgün tuta bilmək vərdişini, anaya zərər vermədən doyunca əmə bilmək qaydalarını bilmirlər. Bunu uşağa məhz anası "öyrətməlidir” (bu haqda saytımızda məlumat var). Bunun üçün bir qədər vaxt və ananın bir qədər səbr etməsi kifayət edir, çünki tezliklə uşaq, ananın döşünü düzgün əmməyə başlayacaq.

Əgər ana özü uşağı əmizdirmək qaydalarını bilmirsə və təbii ki, bunu öz körpəsinə də "öyrətmirsə”, uşaq ananın döşünü səhv şəkildə ("özü bildiyi kimi”) tutacaq. Bu isə əksər hallarda, əmizdirən ananın döş giləsində sıyrıntıların və çatların əmələ gəlməsinə səbəb olacaq.

Körpə, ananın döş giləsini düzgün tutmadıqda, ananın döşündə ağrı olur. Ağrının olması isə, əksər hallarda, əmizdirmənin düzgün getmədiyinin göstəricisidir. Əgər əmizdirmə zamanı ağrı varsa, ana döşünü ehtiyatla uşağın ağzından çıxarmalı və onu yenidən düzgün şəkildə verməlidir.

Ananın döşünün uşaq tərəfindən düzgün şəkildə götürülməsi zamanı uşaq, ananın döş giləsindən sonra yerləşən sahəni (areolanı) dili ilə əhatə edərək dilinin yumşaq, dalğavari hərəkətləri ilə, ana südünü "itələyərək" (bu zaman uşağın damaqları da ona kömək edir) özünün udlağına tərəf yönəldir. Bu halda döş giləsi yalnız, ana südünün ötürücüsü rolunu oynayır və heç bir travmatik təsirə məruz qalmır (çünki xeyli dərində - yumşaq damaq səviyyəsində yerləşmiş olur).

Lakin bəzi hallarda düzgün təşkil olunmuş əmizdirməyə baxmayaraq, ana daim gilələrin üzərində yaranan çatlar və sıyrıntılardan əziyyət çəkir. Bu halda uşağı pediatra və ya əmizdirmə məsləhətçisinə göstərmək lazımdır. Bəzi nadir hallarda bunun səbəbi körpənin ağzında olan patologiyalardır - dilaltı və dodaq bağlarının ("uzdeçka") qısa olması. Dərəcəsindən asılı olaraq bu bağlar kəsilməlidir. Əgər bağ çox qalın deyilsə, uşaq 4 ayına çatana kimi elastiklik yarana bilər və əlavə cərrahiyyə əməliyyatına ehtiyac qalmaz.

Beləliklə, ana, uşağın əmizdirilməsini necə təşkil etməlidir ki, onun döş gilələrində çatlar əmələ gəlməsin?

Bunun üçün, ilk növbədə, mütəxəssislər tərəfindən tövsiyə olunan aşağıdakı şərtlərə əməl etmək tələb olunur:

- Uşağın əmizdirilməsinin lap ilk günlərindən etibarən, döşü ona düzgün şəkildə vermək lazımdır. Bu, gələcəkdə döşdə ola biləcək bütün poblemlərin profilaktikası üçün ən yaxşı üsuldur. Bəzən qadınlar fikirləşir ki, döş giləsində əmələ gələn çatların səbəbi ananın uşağı tez-tez və uzun müddət ərzində əmizdirməsidir. Bu, tam səhv fikirdir! Yadda saxlamaq lazımdır ki, ana sağlamdırsa və uşaq da ananın döşünü düzgün şəkildə əmirsə, onun nə qədər müddət ərzində əmməsindən asılı olmayaraq, döşlərə heç bir ziyanı yoxdur!

- Heç bir halda, xüsusən də, əmizdirmənin ilk həftələrində, döşü uşaqdan zorla almaq olmaz! Bir çox hallarda - döş giləsində çatların əmələ gəlməsi, ananın öz döşünü uşağın ağzından ehtiyatsız şəkildə dartaraq zorla ayırmasından sonra baş verir.

- Pediatrlar əmziklərdən, əmizdirilmə zamanı döş giləsinin üzərinə qoyulan xüsusi vasitələrdən (gilə qoruyuculardan) istifadə etməyini tövsiyə etmirlər. Uşaq əmziyi və ananın döşünü tamamilə başqa cür əmir. Əmziyə öyrənmiş uşaq, ananın döşünü düzgün əmməyəcək ki, bu da gələcəkdə müxtəlif problemlərin (uşaq döşü düz götürmələcək, döşdən imtina edəcək, ananın gilələrində sıyrıntılar və çatlar əmələ gələcək ) yaranmasına səbəb ola bilər.

- Hər əmizdirmədən qabaq döşün dərisini yumayın (xüsusən də, sabunla), onu tərkibində spirt olan vasitələrlə təmizləməyin - bunun nəticəsində dəri quruduğu üçün asanlıqla zədələnə bilir, çünki bu zaman onun üzərində olan təbii qoruyucu təbəqə yuyulur.

- Əmizdirmənin ilk dövrlərində döşün dərisinə daha tez-tez hava vannaları verməyi unutmayın.

- Döşdən axan südün hopması üçün, onların üzərinə, yalnız təbii materiallardan hazırlanmış apteklərdə satılan xüsusi "nəfəsalan” diskləri qoyun və onları tez-tez dəyişdirməyi də unutmayın.

- Döş giləsinin sıyrıntıların əmələ gəlməsinin qarşısını almaq üçün, bilavasitə əmizdirmədən sonra, öz südünüzdən onların üzərinə bir qədər sürtərək qurumasını gözləmək lazımdır.

- Əgər döş giləsində sıyrıntılar və kiçik çatlar dərin deyilsə və onların əmələ gəlməsinin səbəbi, uşağın, ananın döşünü düzgün götürməməsidirsə, bu səbəbi aradan götürdükdən sonra uşağın əmizdirilməsi, praktik olaraq, ağrısız olur. Bəzi hallarda əmizdirmənin əvvəlində ağrılar əmələ gəlsə də, bir qədər sonra zəifləyir, bəzən isə keçib gedirlər. Bir çox hallarda, heç bir əlavə vasitə və üsullardan istifadə etmədən bu çatlar, tez bir zamanda sağalır. Bəzi hallarda, ağrının zəiflədilməsi və döşün həssaslığını bir qədər azaldılması üçün təbii lanolindən hazırlanmış kremlərdən istifadə etmək olar.

Əgər çatlar dərin, ölçüləri böyük və xeyli dərəcədə ağrılıdırsa, onların sağalması üçün əlavə müalicə və bərpa üsullarından istifadə etmək lazım gəlir. Ağır çatlar olduqda, onların daha tez sağalması üçün Bepanten kremi, Solkoseril məlhəmi, təbii lanolin (Purelan və ya Lansino kremləri), həmçinin, çaytikanı yağı, kalendula, manuka balı (çay ağacının nektarından hazırlanan bal) və s. bu kimi təbii sağaldıcı vasitələrdən də istifadə etmək olar.

Müalicə zamanı çatları olan döşlə əmizdirilməni 6-12 saat ərzində müvəqqəti olaraq dayandırmaq və hər 3-4 saatdanbir döşü sağmaq lazımdır. Əgər yaranmış çatlar daha ciddidirsə, uşağın həmin döşlə əmizdirilməsini 1-3 gün ərzində saxlamaq, bu müddət ərzində isə çatları müalicə etmək lazımdır. Əgər, əmizdirmənin müvəqqəti dayandırılması və aparılan müalicə nəticəsində çatlar uzun müddət ərzində sağalmazsa, bunun səbəbi bir çox hallarda göbələk və ya stafilokokk infeksiyaları ola bilər.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri