Hamiləlik testi: bilmək istədiyiniz hər şey

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 772
Səs ver:
(səs: 1)
Hamiləlik testi  nə deməkdir?
Uşağın təməlinin qoyulmasının artıq ilk günündən hamilə qadının qanında XQÇ (xorionik qonadotropin) səviyyəsi yüksəlir. Bir neçə həftə sonra isə qanda XQÇ səviyyəsi o qədər yüksəlir ki, həmin hormon artıq sidiklə ifraz edilməyə başlayır. Hamiləlik testləri sidikdə XQÇ miqdarını müəyyən edir və əgər o yüksəkdirsə test müsbət cavablı olur və qadına artıq onun hamilə olduğunu xəbər verir.  
Hamiləlik üzrə testlər necə olurlar?
Hamiləliyin müəyyən edilməsi üzrə bir neçə test növü vardır ki, onlar bir birindən xarici görünüşü, dizaynı, istifadədə rahatlığı və qiyməti ilə fərqlənirlər. Test-xətt – bu hamiləlik üçün olan ən ucuz qiymətli testdir ki, o öz keyfiyyətinə görə qerdə qalan test növlərinə heç də uduzmur. Belə testlərin əsas çatışmamazlığı – istifadədə narahat olmalıdır: hamiləliyin müəyyən edilməsi üçün sidiyi təmiz qaba yığmaq və sonra test-xətti sidiyin içinə salmaq lazımdır.
Hamiləliyin yoxlanması üçün olan şırnaqlı test bahadır, lakin istifadədə rahatdır. Hamiləliyi müəyyən etmək üçün sidiyi qaba yığmağa gərək yoxdur: testin qəbuledici ucuna bir qədər sidik ifraz etmək yetərlidir və siz bir neçə dəqiqə sonra nəticəni öyrənə bilərsiniz.
Hamiləliyin planşet testi e şəraitində nadir hallarda istifadə edilir ki, bu da istifadəsinin mürəkkəb proseduralı olması ilə əlaqədardır. Hamiləliyin müəyyən edilməsi üçün sidiyi xüsusi çənə yığmaq, sonra pipet vasitəsi ilə bir neçə damcı sidiyi planşetin üzərindəki xüsusi dəliyə (və ya pəncərəyə) damcılatmaq lazımdır.
Hamiləliyin rəqəmsal testi – bu testlərin yeni nəslidir ki, istər həkimlər, istərsə də gələcək analar arasında geniş məşhurluq qazanmışdır. Sidiklə əlaqədan sonra həmin test təkcə hamiləliyin olub olmamasını deyil, həm də onun həftələrlə müddətini də təyin edir.
Bəzi testlər sidiklə təmasdan bir dəqiqə, bəziləri 3, bəziləri 5 dəqiqə və s. sonra hamiləliyi qiymətləndirməyə imkan verirlər. Bu haqda məlumatlar hər bir konkret test üçün təlimatlarda göstərilir. Tədqiqatlar göstərir ki, "5 dəqiqəlik” testlər elə "1 dəqiqəlik” testlər qədər səmərəlidirlər.
Ən effektiv test hansıdır?
Hamililik üçün testi seçən zaman həmişə onun qabının üzərində göstərilən həssaslığına diqqət yetirin. Hamiləliyin müəyyən edilməsi üzrə əksər müasir testlər əgər XQÇ səviyyəsi heç olmazsa 25 mİU/ml olduqda müsbət nəticə göstərirlər. Belə XQÇ səviyyəsi sidikdə menstruasiya gecikməsinin artıq birinci həftəsindən müşahidə edilə bilər.
Hamiləlik üzrə testi necə düzgün etmək olar?
Paradoksal olaraq səslənə bilər, lakin sizin testinin neçəyə olması deyil, sizin ondan necə istifadə etməyiniz daha mühümdür. Hətta ən ucuz hamiləlik testi, əgər ondan düzgün istifadə edirsinizsə, doğru olan nəticəni göstərəcəkdir.
1.Test səhər sidiyi ilə edilir
Sidikdə XQÇ səviyyəsi səhərlər daha yüksək olur – bu onunla əlaqədardır ki, siz gecə su içməmisiniz və sizin sidiyiniz daha konsentrasiyalı olmuşdur.  Buna görə də hamiləliyin müəyyən edilməsi üçün testi (xüsusilə də erkən müddətlərdə) ilk səhər sidiyi ilə yerinə yetirmək lazımdır. Testi günün istənilən vaxtı yerinə yetirməyi tövsiyə edən istehsalçılara inanmayın. Artıq qarışmış sidikdə XQÇ səviyyəsi elə aşağı olacaqdır ki, test onu müəyyən edə bilməyəcək, siz isə yenidən aptekə yeni test almağa getmək məcburiyyətində qalacaqsınız. Həmin pullara gələcək körpəniz üçün onun sağlamlığını möhkəmlədəcək fol turşusu almağınız daha yaxşı olmazdı?
2.Test üçün olan təlimatı oxuyun
Hamiləlik üçün olan testlərin hamısı eyni deyil, buna görə də hər dəfə istifadə etməmişdən əvvəl ondan necə istifadə etmək lazım olduğunu oxuyun. Tlimatda hər şey ətraflı olaraq göstərilir. Nəticənin hansı müddətdən sonra məlum olacağına xüsusi diqqət yetirin: bəzi testlərdə nəticə bir dəqiqə sonra görünür, bəzilərində isə 5-10 dəqiqə gözləmək lazım gəlir.
3.Heç olmasa bir xətt görünməlidir
Əgər siz testi yerinə yetirdiniz və onun üzərində heç olmasa bir xətt peyda olmadısa, deməli ya siz testi düzgün yerinə yetirməmisiniz, ya da ki test zay çıxıb (yararlıq müddəti keçib).

Hamiləlik testini nə vaxt etmək olar?
İndi əksər testlərin üzərində oxumaq olar ki, test hamiləliyi gecikmənin ilk günlərindən və ya hətta gecikmədən əvvəl də göstərə bilər. Təəssüf ki, bu məlumatların əksəriyyəti yalan çıxır. ABŞ-da aparılmış tədqiqatlar göstərmişdir ki, əksər testlər hamiləliyin müəyyən edilməsinə kifayət qədər həssas deyildirlər, buna görə də hamiləliyin ilkin müddətlərində mənfi cavab lar verə bilərlər. Ginekoloqlar gecikmənin 5-7-ci günüdən hamiləlik üçün test etməyi məsləhət görürlər, əgər nəticə mənfi olarsa, testi bir həftə sonra təkrar edin. Əgər gecikmə müddəti deyil, cinsi əlaqənin tarixi üzrə istiqamət tutmaq istəsəniz, onda hamiləlik üzrə testi cinsi əlaqədən sonra 3,5-4 həftədən tez olmayaraq yerinə yetirmək lazımdır.
Diqqət: Cinsi əlaqədən sonrakı ilk 1-2 həftə ərzində keçirilmiş hamiləlik testlərinin nəticələri son yekun olaraq hesab edilə bilməz
Menstruasiya zamanı da hamiləlik testlərini yerinə yetirmək olar?
Məlumdur ki, qadınlarda hamiləliyin ilkin günlərində qanlı ifrazatlar əmələ gələ bilərlər. Buna görə də hətta sizdə menstruasiya başlamış olsa da, hamiləliklə əlaqədar şübhələriniz qalıbsa, hamiləliyin müəyyən edilməsi üzrə testi yerinə yetirə bilərsiniz.  Əgər siz qan qatışığı olmayan sidiyi analiz üçün toplaya bilsəniz menstruasiya testin nəticələrinə təsir göstərə bilməyəcək.
Hamiləlik üzrə test əvvəl edilsə necə olar?
Əgər siz hamiləliyin testini gecikmənin baş verməsindən əvvəl və ya cinsi əlaqə sonrakı ilk günlər və ya həftə ərzində yerinə yetirmiş olsanız nəticələr düzgün olmaya bilər. Müsbət nəticəni hamiləlik kimi qeyd etmək olar, lakin mənfi nəticə də tam zəmanət vermir ki, hamiləlik baş verməyib. Testi bir neçə gün sonra qəbul edilmiş müddətlərdə təkrar etmək lazımdır.
Hamiləliyi daha erkən müəyyən etmək olar?
Əgər siz hamiləlik testinin müsbət nəticə verəcəyini gözləyə bilmirsinizsə, hamiləliyi daha erkən müəyyən etmək üsulu vardır. Bunun üçün XQÇ-də qan analizi vermək lazımdır. Qanda XQÇ səviyyəsi sidikdə olduğundan daha tez yüksəlməyə başlayır, buna görə də hamiləliyi nəzərdə tutulan döllənmə dövründən 11 gün sonra artıq müəyyən etmək mümkündür.
USM edilsə necə olar?
USM hamiləliyi qanda XQÇ analizinin müəyyən etdiyindən daha gec müəyyən edir. Adətən USM-ni testin artıq müsbət nəticə verməsindən sonra həyata keçirirlər. Əgər USM daha erkən edilərsə, həkim sadəcə heç bir şey görə bilməyəcək və sizə bir müddət sonra yenidən müayinəyə gəlmək lazım olduğunu söyləyəcək.
Ginekoloqa gedilsə necə olar?
Ginekoloq hamiləliyin ilkin əlamətlərin mövcud olması ilə əlaqədar sizi baxışdan keçirə bilər: uşaqlığın ölçülərinin böyüməsi, əlləmə zamanı uşaqlığın sıxlaşması və s. Həkim sizin hamilə olub olmamağınız barədə öz fikrini söyləyə bilər, lakin yenə də nə qədər ki, qanın XQÇ təhlili və ya hamiləlik üzrə test nəticələri müsbət olmayacaq ginekoloq siz əqti bir şey söyləyə bilməyəcək.
Məndə gecikmə var, lakin test nəticələri mənfidir. Bu nə deməkdir?
Əgər siz cinsi əlaqəli həyat yaşayırsınızsa, menstruasiyanın gecikməsi ilk növbədə hamiləliyin olması barədə düşünməyə vadar edir. Lakin heç də həmişə məhz hamiləlik gecikmənin səbəbi deyil. Menstruasiya gecikmələrinin digər səbəbləri:
Stress, emosional gərginlik
Fiziki yorulmalar
Yaşayış yerinin, iqlimin, ilin fəslinin dəyişməsi
Xroniki xəstəliklərin kəskinləşməsi
Soyuqdəymə xəstəlikləri
Hormonal pozuntular (misal üçün, qalxanabənzər vəzin xəstəlikləri)
Yumurtalığın kistası
Yumurtalıqların fəaliyyətinin pozulması səbəbindən hormonal pozuntular
Yumurtalıqların polikistozu
Əgər hamiləlik üzrə test mənfi nəticə vermişdirsə, onda baxışdan keçmək üçün ginekoloqa müraciət etmək lazımdır. Həmçinin USM-nə getmək olar: endometriya qalınlığı əsasında UZM zamanı menstruasiyanın nə zaman baş verə biləcəyini, bəzən isə gecikmənin səbəbini müəyyən etmək olur.
Sizdə gecikmə yoxdur hamiləliyin digər əlamətləri var, lakin test mənfi cavab verir
Belə də olur ki, cinsi aktdan sonra az bir zaman keçib və gecikmə hələ baş verməyib, lakin hamiləliyin ilk əlamətləri artıq hiss edilir: ürəkbulanma, qaytarma, süd vəzlərinin şişməsi, dad hisslərinin dəyişməsi, yuxululuq, əhval dəyişiklikləri və s. Siz hamiləliyin müəyyən edilməsi üçün test edirsiniz, lakin nəticə mənfi olur. Bu vəziyyətdə nə etmək lazımdır? Bir neçə variant mümkündür:
Gözləmək. Sizdə menstruasiyanın baş verməli olduğu günü gözləyin. Əgər o vaxtında baş verərsə hamiləlik az ehtimal ediləndir. Amma yenə də hamiləlik üzrə testi bir neçə gün sonra təkrar edə bilərsiniz.
Qanın XQÇ üzrə analizini verin. Bu analizə sizə hələ gecikmələr olmamış və test müsbət nəticələr göstərməmiş ilkin müsbət rəy verə bilər.
Əgər mən hamiləlik əleyhinə həblər qəbul edirəmsə necə olacaq?
Hamiləlik əleyhinə həblər test nəticələrinə təsir göstərmirlər. Siz test nəticələrinə, hətta oral hormonal kontraseptivlər qəbul etdikdə belə inana bilərsiniz.
İkinci xəttin olduqca zəif olması nə deməkdir?
İkinci xəttin rəng almasının intensivliyi qandakı XQÇ tərkibin konsentrasiyasından asılıdır. Hamiləlik müddəti nə qədər çox olarsa, qanda sidikdəki XQÇ konsentrasiyası da bir o qədər yüksək olacaqdır. Buna görə də əgər ikinci güclə sezilmiş olsa belə də o hamiləlikdən xəbər verir.
Əgər ikinci xətt sidik ilə təmasdan 10-20 dəqiqə sonra əmələ gəlmişdirsə, bu nə deməkdir?
Hamiləliyin test nəticələrini onun üzərində yazılmış təlimatlara müvafiq müddətlər çərçivəsində qiymətləndirmək lazımdır. Həmin müddət keçdikdən sonra baş vermiş istənilən dəyişikliklər hesaba alınmır.
Test cavabı müsbətdir – bu yanlışlıq ola bilər?
Hamiləlik üzrə testin müsbət nəticələri nadir hallarda yanlış çıxır. Əgər test "zolaqlı” çıxmışdırsa, onda ginekoloqa müraciət etmək lazımdır.
Test cavabı müsbətdir, lakin menstruasiya baş verdi
Hətta sizdə menstruasiyaya oxşar qanlı ifrazatlar peyda olmuş olsa belə testin müsbət nəticələrini etibarlı saymaq lazımdır. Yəni, siz həqiqətən hamiləsiniz, lakin bu anda sizin hamiləliyiniz təhlükə altında ola bilər. Belə halda mümkün qədər tez həkimə müraciət etmək tövsiyə edilir ki, o qanaxmanın səbəbini müəyyən edəcək və zəruri müalicəni təyin edəcəkdir. Bizim saytımızda qeyd edilən mövzuya həsr edilmiş ayrıca bir məqalə vardır: Erkən hamiləlik dövründə menstruasiyalar.
Test dayanmış hamiləliyi göstərə bilər?
Hamiləliyin dayanması halında testlər hələ bir neçə həftə ərzində müsbət nəticəni göstərə bilər, buna görə də belə xəstəliklərin diaqnostikasında hamiləlik üzrə testlərdən istifadə edilmir. Dayanmış hamiləliyin necə müəyyən edilməsi barədə "İnkişafdan qalmış hamiləlik: səbəbləri və əlamətləri” məqaləsində oxuya bilərsiniz..
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 8 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri