Hamiləliyin müddətini necə təyin etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 819
Səs ver:
(səs: 0)
Hamiləliyin dəqiq müddətini bilmək nə üçün lazımdır?
Hamilə qadın adətən qadın məsləhətxanasında qeydə alınır. Həkim doğuşun ehtimal olunan gününü təyin edir.Birincisi, bu yolla qadın doğum evinə getmək üçün nə vaxt hazırlaşmağa başlamalı olduğunu müəyyən edir. Ikincisi, hamiləliyin müddətini bilməklə həkim körpənin inkişafını nəzarətə ala və inkişafda mümkün geriqalmaları vaxtında korreksiya edə bilər. Nəhayət, bu tarix hamiləlik və doğuşla bağlı məzuniyyətin rəsmiləşdirilməsi üçün əsas olacaqdır.
 
Hamiləliyin mamalıq və həqiqi müddəti bir-birindən fərqləndirilir.
Mama-ginekoloqlar hamiləliyi son menstruasiyanın 1-ci günündən hesablayırlar. Bunun üçün əsaslar var, çünki bu andan yumurta hüceyrəsi yetişməyə başlayır və onu sonra spermatazoid mayalandırır. Hamiləliyin son menstruasiyanın birinci günündən doğuşa qədər olan müddəti təxminən 10 ay və ya 280 gün və ya 40 həftədir.
Hamiləliyin həqiqi müddəti mama-ginekoloqun müəyyən etdiyi müddətdən geri qalır. Bu zaman hamiləlik ovulyasiya və mayalanma günündən hesablanır. Beləliklə, hamiləliyin mama-ginekoloq müddətini təyin etmək üçün həqiqi müddətə iki həftə əlavə etmək lazımdır.
Hamiləliyin müddətini necə təyin etmək olar?
1.Mayalanma gününə görə. Bu gün ovulyasiya günü ilə üst-üstə düşür. Qadın düz bağırsağında hərarəti (rektal hərarəti) ölçürsə və ya göstərişlərə görə. Menstrual tsikl ərzində bir neçə dəfə USM edirsə (bu, ovulyasiyanın dərmanla həvəsləndirilməsi üçün edilir), onda həmin gün dəqiq məlum olur. Bu metoddan adətən sonsuzluqdan müalicə olunan qadınlar istifadə edirlər. Rektal temperaturu hər gün eyni vaxtda – səhərlər, yataqdan durmadan ölçülür. Menstrual tsiklin birinci yarısında temperatur 37 dərəcədən yüksək olmur. Cinsi aktın gününə görə hesablamaq olmaz: spermatazoidlər uşaqlığa və uşaqlıq borularına daxil olur və burada 3-4, bəzən hətta 7 günə qədər, yumurta hüceyrəsi follikuldan çıxmasını gözləyərək yaşaya bilir. Yəni cinsi aktın günü heç də həmişə mayalanma günü ilə üst-üstə düşmür, çünki yumurta hüceyrəsi yumurtalıqdan çıxdıqdan sonra bir sutkadan artıq yaşamır. Bu, o deməkdir ki, hamilə qalmaq istəyən qadınların bir gün gecikməkdənsə, cinsi əlaqəyə ovulyasiyadan bir neçə gün əvvəl girməsi daha yaxşı olar.
2.Hamiləliyin müddətini (2--3 günədək) ən erkən vaxtlarda (6-7 həftəyədək) USM ilə təyin etmək olar. Bu zaman embrion böyüyür və hamiləliyin müddəti eyni olan bütün qadınlarda onun ölçüləri identik olacaqdır. Sonrakı ultrasəs müayinə zamanı dölün ölçüləri müxtəlif etnik qruplardan olan, müxtəlif çəkili qadınlarda fərqli olacaqdır. Burada ata və ananın da doğulduqları gün malik olduqları çəki və s. rol oynayır. Yəni hamiləliyin nisbətən yetkin müddətində "eyni yaşlı” normal inkişaf edən körpələrin ölçüləri fərqli olacaqdır (+ 3 həftə hüdudlarında)
3. Son menstruasiyanın tarixinə görə. Bu da etibarlı hesablama olsa da, mütəmadi menstrual tsikli olan qadınlar üçündür. Menstruasiya gecikmələri olduqda, hamiləliyin müddətini müxtəlif göstəricilərlə tutuşdurmaq lazımdır. Doğuşun təxmini müddətini sonuncu menstruasiyanı gününə 280 gün əlavə etməklə müəyyən etmək olar. Hesablamanı asanlaşdırmaq üçün aşağıdakı düsturdan istifadə olunur: -3+7. Sonuncu menstruasiyanın olduğu aydan üç ay çıxmaq, sonuncu menstruasiyaya isə 7 gün əlavə etmək lazımdır. Məslən, son menstruasiya 20 iyunda başlamışdırsa, onda doğuşun təxmin olunan müddəti (düz 40 həftə) 27 marta təsadüf edəcəkdir. 2 oktyabrda olduqda, doğuş 9 iyula təsadüf edəcəkdir.
4. Dölün ilk tərpənişinə görə.Bu, hamiləlik müddətinin elə də dəqiq təyini deyil. Uşağın hərəkətini qadın 18-20 həftədə hiss etməyə başlayır.Beləliklə, doğuşun müddətini təyin etmək üçün ilk tərpəniş tarixinə 20-22 həftə əlavə etmək lazımdır. Lakin təkrar doğan və ya arıq bədən quruluşuna malik qadın pasiyent lər dölün tərpənişini artıq 16 həftədən hiss edə bilərlər.
Doğuşun vaxtını təyin edərkən həkim adətən bir yox, bir neçə üsuldan istifadə edir: beləliklə də hesablamanın etibarlığını artırır. Bu zaman ən etibarlı metod ovulyasiyanın tarixi və erkən USM-dir.
Buna baxmayaraq körpənin doğum günü heç də həmişə həkimin dediyi tarixlə üst-üstə düşmür. Səbəb isə hesablamının səhv aparılmasında deyil. Məsələ burasındadır ki, dölün gestasion (bətndaxili) inkişaf müddəti 37-42 həftə arası tərəddüd edə bilir. Bu müddət bir çox amillərdən, ilk növbədə genetik amillərdən asılı olur. Buna görə də doğumun ehtimal olunan gününü müəyyən edərkən həkim pasiyentin özünün və uşağın atasının hamiləliyin hansı müddətində doğulduğunu, habelə ana tərəfindən qohumlarda hamiləliyin nə qədər davam etdiyini öyrənməlidir. Buna görə də doğuş təyin olunmuş müddətdən tez və gec olduqda, buna görə narahat olmaq lazım deyil.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri