Hamiləlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 847
Səs ver:
(səs: 1)
Hamilə qalmaq üçün olunan cinsi əlaqə əksər hallarda uğurlu olmaya bilər. bununla əlaqədar bir sıra suallarınız ola bilər. Məsələn, hamilə qalmaq üçün cinsi əlaqə zamanı poza mühümdürmü? Həzz almaq üçün olunan cinsi əlaqə ilə hamilə qalmaq üçün olunan cinsi əlaqə arasında fərq varmı? Hansı pozada hamilə qalmaq ehtimalı daha yüksəkdir? və s. sual və suallarınıza burada cavab tapa bilərsiniz.
Hamilə qalmaq üçün cinsi əlaqə zamanı pozanın əhəmiyyəti vardırmı?
Hamilə qalmaq üçün cinsi əlaqə zamanı poza mühüm əhəmiyyət kəsb etmir. Boşalma uşaqlığın ağzına edilərsə bu hamiləlik üçün kifayət edər, lakin yenə də missioner pozası bunun üçün daha uyğundur.
Hamilə qalmaq üçün cinsi əlaqədə ən münasib zaman hansıdır?
Hamilə qalmaq üçün zaman faktoru çox mühümdür. Əsasən, hamımız cinsi əlaqədə olarkən uşaq ola biləcəyini düşünürük,  lakin yalnız ayın 3-4 günü hamilə qalmaq ehtimalı yüksəkdir. əgər bu günləri düzgün bilsəniz, hamilə qalmaq üçün çətinlik çəkməzsiniz. Qeyd etdiyimiz bu 3-4 gün qadının mayalanma prosesinin baş verdiyi və ondan əvvəl  və sonrakı günlərdir.
Evinizdə edəcəyiniz bir neçə sadə proseduralar vasitəsi ilə mayalanma müddətinizi asanlıqla müəyyən edə ə hamilə qalmağa çalışa bilərsiniz.
Hamilə qalmaq üçün hansı tezlikdə cinsi əlaqədə olmaq lazımdır?
Bu ən çox verilən suallardan biridir. İnsanların, əsasən müəyyən vaxtlarda məhdudlaşdırılan cinsi əlaqədə olmaq xoşlarına gəlmir. Hamilə qalmaq məqsədi ilə olunan cinsi əlaqə uğursuz nəticələr verə bilər. hətta, az sperma sayına malik və sonsuzluq hallarında bu problem daha böyükdür.
Əslində həftədə 3-4 dəfə olunan cinsi əlaqə ilə zamanlara bölünmüş cinsi əlaqəyə ehtiyac qalmadan 1-2 ay içərisində mayalanma əldə edilə bilər. Beləliklə. zamanla məhdudlaşdırılmış və məqsədli cinsi əlaqə stressindən qurtulmuş olursunuz.
Cinsi əlaqədən sonra bir müddət uzanmaq hamilə qalmağa kömək edə bilərmi?
Əsasən, cütlüklər cinsi əlaqədən sonra uzanıqlı vəziyyətdə qalmağın vəziyyəti asanlaşdıracağını və spermaların uşaqlıq yoluna daha tez çatacağını düşünürlər. Bu dəqiq belə olmzasa da, faydası da müşahidə olunmuşdur. Yəni, boşalmadan sonra qadının təxminən 15 dəqiqə arxası üstə uzanması məsləhət görülür.
Hamilə qalmaq üçün cinsi əlaqə zamanı qadın orqazmı əhəmiyyət kəsb edirmi?
Normal halda qadın orqazmı hamilə qalmaq üçün mühüm əhəmiyyət kəsb etmir. Qadın orqazm olmadan da hamilə qala bilər. Lakin, aparılan araşdırmalar qadının orqazm zamanı ifraz etdiyi maye sayəsində spermaların daha asan hərəkət etməsi müşahidə olunmuşdur. Orqazmdan sonra hiss olunan rahatlaşma və yorğunluqla əlaqədar qadında arxası üstə uzanmaq istəyinə bənzər təsir müşahidə olunmuşdur. Bununla yanaşı, orqazmın stress atıcı xüsusiyyətini də unutmamaq lazımdır.
Xüsusi yağlayıcı maddələr hamiləlik üçün təhlükəlidirmi?
Hamilə qalmaq üçün olunan cinsi əlaqədə spermisid tərkibli yağlayıcı maddələrdən qətiyyən istifadə edilməməlidir. əsasən, hamilə qalmaq üçün olunan cinsi əlaqədə adaptasiya və stress olduğu üçün bu kimi maddələrə ehtiyac olur. Tövsiyəm spermisid təsiri olmayan maddələrdən yağlayıcı olaraq istifadə etmənizdir.
Hamilə qalmaq üçün müalicə olunduğunuz zaman planlaşdırılmış cinsi əlaqəni necə həyata keçirmək lazımdır?
Normal halda hamilə qala bilməniz üçün həkiminiz sizə hansı vaxtlar cinsi əlaqədə olmanız haqqında məlumat verir. Bu planlaşdırılmış cinsi əlaqə sizi stressə sala bilər və bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Bu vəziyyətdə normal cinsi həyatınızda olduğunuz kimi hərəkət edin və əlaqəyə davam edin, əm mühümü isə yoldaşınızla bir-birinizi hər zaman motivasiya edin və bir-birinizə dəstək olun.
Hamilə qalmadığım müddətcə əhvalımı necə yüksək tuta bilərəm?
Hamilə qala bilməmək yalnız sizin probleminiz deyil. Hamilə qala bilməmək həyatınıza mənfi təsirlər göstərə bilər, lakin unutmayın ki, bu hadisə hər kəsin başına gələ bilər. Yalnızca inanın, qorxmayın və dua edin.
Tez bir zamanda hamilə qalacağınıza ümid edirik…
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 9 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri