Toksikozsuz hamiləlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 316
Səs ver:
(səs: 2)
Qadınların bir çoxu elə bilir ki, toksikoz hamiləliyin vacib şərtidir. Hətta bəzi qadınlar hesab edir ki, səhərlər müşahidə olunan ürəkbulanma hamiləliyin əsas əlamətidir və əgər o yoxdursa, deməli narahat olmağa dəyər. Ona görə də bəzi qadınlar aybaşı gecikməsinə baxmayaraq ürəkbulanma olmadığı üçün hamiləlik testi qoymağa tələsmir. Ancaq mütəxəssislərin rəyinə görə ürəkbulanma və qusma halları olmayan hamiləlik tamamilə normal hesab edilir.
Bu məqaləmizdə hamiləlikdə toksikozun olmamasını araşdıracayıq. Ondan başlayaq ki, toksikozun səbəbləri nələrdir?
İlk növbədə hamiləlikdə ürəkbulanma qadın orqanizminin tamamilə yeni bir vəziyyətə uyğunlaşması kimi meydana çıxa bilər.  Təbii ki, hamiləlikdə qadın orqanizmində əsaslı hormonal dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər qadın orqanizminin bütün orqanlarının işinə təsir edir. Bu dəyişikliklərə uyğunlaşma ürəkbulanma, başgicəllənmə və başqa xoşagəlməz hallarla özünü biruzə verir.
Toksikozun ikinci səbəbi qadın orqanizmində kifayət qədər vitamin və digər qidalı maddələrin çatışmazlığı ola bilər. Məhz ona görə həkim ilk aylarda hamiləyə müxtəlif vitamin kompleksi və güclü qida rejimi təyin edir. Əksərən bundan sonra toksikoz da keçib gedir.
Toksikozun daha bir səbəbi hamilə qadının psixologiyası ilə əlaqədardır.  Bəzən hamilə qadın özünü elə əhval-ruhiyyəyə kökləyir ki, hamilə olan qadın mütləq ürəkbulanma və qusma yaşamalıdır. Belə problem mütəxəssis- psixoloq ilə həll edilir. Ola bilsin uyğun müalicə də təyin edilsin.
Beləliklə, biz qərara gəldik ki, toksikozsuz hamiləlik problem deyil, xoşbəxtlikdir. Deməli, toksikozu olmayan qadın sevinməlidir ki, onun orqanizmində heç bir vitamin və mineral çatışmazlığı yoxdur. Onun övladı ananın qidalandığı bütün məhsullardan vitamin və minerallarını alır. Bu isə gələcək körpənin sağlamlığına bilavastə təsir edir. Həm də toksikozsuz hamilənin əhval-ruhiyyəsi də yaxşı olur. Hətta bəzən toksikoza görə hamiləlik dayandırıla bilir. Toksikozsuz hamiləliyi olan qadın bu təhlükədən də uzaqdır.
Hamiləliyinizdən zövq alın! Sağlam körpənin dünyaya gəlməsi üçün sizin əhval-ruhiyyənizin rolu əvəzsizdir.

Ülviyyə Səid
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri