Hamilə qadınlar qoz-fındıq yeməlidirlərmi? Hansı qidalar övlad gözləyən xanımlar üçün məsləhət görülür?
Günəbaxan tumu – bədənin ehtiyacı olan B qrup vitaminlərini artıqlaması ilə qarşılayır. Bundan başqa, fol turşusu tərkibli olduğundan hamilə qadınlar üçün vacib qida mənbəyidir.
Qoz – hamiləlik zamanı ana və körpənin sağlamlığı üçün vacib qida mənbəyidir. Qoz körpənin beyin inkişafına müsbət istiqamətdə təsir edir.
Fıstıq – zülal və vitamin baxımından zəngindir. Hər gün yeyilən 10 dənə fıstıq bədənin yağ ehtiyacını qarşılayır.
Fındıq – tərkibindəki kalsium sayəsində körpənin sümük inkişafını gücləndirir.
Əncir – hamiləlik zamanı yavaşlayan həzm sistemini sürətləndirir.
Qaysı (ərik) – hamiləlik zamanı şirniyyat ehtiyacını ödəyir və həssas olan bağırsaqları da qoruyur. Bundan başqa, fol turşusu, kalsium, magqezium və kalium qaynağıdır.
Balqabaq toxumu – mineral, zülal və tərkibindəki yağ baxımından zəngindir.
Qarağat – sidik yolu infeksiyalarını və həzm sistemi problemlərini aradan qaldırdığı üçün hamiləlikdə yeyilməsi lazım olan önəmli qidalar sırasındadır.
Badam – tərkibindəki sink mineralı sayəsində ana südünü artırır və ananının qarnındakı körpələrin inkişafına kömək edir.
Yer fıstığı – tərkibindəki E və B vitaminləri ilə fosfor, maqnezium, kalium, natrium minerallarını saxlayır. Sümükləri və əzələləri qüvvətləndirir.
Quru çərəz – toxluq hissi yaradır. Hamiləlik zamanı müşahidə edilən ürək bulanması və qusmanın qarşısını alır.