Hamiləlikdə idmanın 9 faydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 194
Səs ver:
(səs: 1)
1. 20-ci həftədən etibarən qarın böyüməyə başlayır və bel nahiyənizdə ağrılar artır. Bu ağrıların azalmasının qarşısını almaq üçün davamlı olaraq idman etmək və normal qidalanmaq lazımdır.
2. Aparılan axtarışların nəticəsinə görə idman etməyən hamilə qadınlar idman hərəkətləri edən hamilələrə nisbətən 7 kilo daha çox kökəlirlər.

3. İdman nəticəsində qarın nahiyəsində olan əzələlər güclənir və doğum anında anaların rahat doğum etmələrinə səbəb olur.

4. Hamiləliyin 28-40-cı həftələrində çox vaxt körpənin ölüm riski olur və buna səbəb hamiləlikdə şəkər riskidir. Ancaq idman edən anaların 27%-i bu riskdən uzaq durur.

5. Hamiləlik müddəti ərzində estrogen hormonunun artması səbəbi ilə qəbizlik və bununla əlaqəli olaraq inkişaf edən hemoroid yaranır. Davamlı olaraq edilən idman hərəkətləri və maye qəbulu bu şikayətlərin böyük bir qismini aradan qaldırır.

6. Hamilə vaxtı qadınların əksər hissəsi kövrəkləşir və adi bir hadisə nəticəsində ağlayırlar. İdman hamilə qadınların pisixologiyalarına yaxşı təsir edir. Gün ərzində özlərini gümrah hiss edirlər.

7. Hamiləliyin son aylarında qadınların ayaq və əllərində şişkinliklər yaranır. Bu şişkinliklərin qarşısını davamlı idman hərəkətləri alacaq.

8. Hamiləliyin son aylarında şişkinliklərlə bərabər yuxusuzuluqlar da başlayır və davamlı olaraq edilən idman hərəkətləri ilə yuxusuzluğa son qoya bilərsiniz.

9. Hamiləlik müddətində qadınlar özlərindən asılı olmayaraq kökəlirlər və bu aldıqları çəki onları bədbin hiss etdirir. İdman hərəkətləri ilə həddən artıq kökəlməyin qarşısını ala bilərsiniz.

Hansı Növ Hərəkətlər?
İlk növbədə hamiləlikdən əvvəl idman edən xanımları və etməyən xanımları iki qrupa bölək. Hamiləlikdən əvvəl idman edən xanımlar hamiləlikdə risk olmadığı təqdirdə əvvəlki kimi idmana davam edə bilərlər.

Ancaq hamiləlikdən əvvəl idmanla məşğul olmayan, amma hamiləlik müddətində idman etmək istəyən xanımlar isə gəzinti, üzmək, hamiləlik pilatesi və yoga ilə məşğul ola bilərlər. Bu saydıqlarımız mütləq mütəxəssis nəzarətində edilməlidir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri