Hamiləlik dövrü - 23. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 069
Səs ver:
(səs: 1)
Körpəniz artıq tamamilə miniatür bir insan görünüşündədir. Qulaq içindəki kiçik sümüklər tamamən sərtləşdiyi üçün körpə çox yaxşı eşidə bilir. Dodaqları yaxşıca diqqətə çarpır, USMdə gülümsəməsi hiss edilə bilər. Boyu 17-18 santimetrə qədər olmuşdur, kilosu isə 600 qram ətrafındadır. Gözləri tamamilə inkişaf etmiş olmasına baxmayaraq göz rəngi hələki müəyyən deyil. Mədəaltı vəzi tam mənası ilə olmasa belə insülin ifrazına başlamışdır. Sizdə isə yavaş amma davamlı bir kilo artımı söz mövzusudur. Çox qabartmadan yüngül cinsi əlaqəyə icazə verilə bilər. Bir başqa gözəl hadisə isə artıq körpənizin hərəkətlərini yoldaşınızın da hiss edə biləcək olmasıdır. Yoldaşınız əlini qarnınıza qoyduğunda körpənizin hərəkətlərini çox rahat hiss edə bilər, hətta bu hərəkətlər çöldən gözlə belə fərq edilə bilər. Bunun səbəbi körpənin içində olduğu suyun nisbi olaraq çox olmasıdır. Yəni körpənin hərəkət etməsi üçün çox geniş bir sahə vardır. Körpəniz içəridə azadca hərəkət edər. Hərəkətlər körpənin mühərrik inkişafı yəni əzələ güclənməsi üçün çox əhəmiyyətlidir. Bu həftələrdə edilən USM araşdırmalarında körpədə çox qısa bir müddət sonra baş inkişaf edə, dönə bilər. Körpənin tərs dayanması çox da əhəmiyyət kəsb etmir.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri