Hamilələr bu qidalardan uzaq dursunlar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 126
Səs ver:
(səs: 1)
Hamiləlik dövründə qadınlar yediklərinə, içdiklərinə fikir verməlidirlər. Çünki ən kiçik bir səhv həm ananın, həm də körpənin sağlamlığına pis təsir edə bilər. 

Qadınlar.biz  hamiləlik dövründə xanımların qida menyusundan çıxarılmalı olan qidaları araşdırıb: 

Kofein
Qəhvə içməyi tərgidin. Körpə üçün çox zərərlidir. Tərkibində kofein olan hər şeydən uzaq durun. 

Kifli pendirlər
Kifli pendirlərin tərkibində bakteriyalar olur. Bu bakteriyalar bir körpənin ölü doğulmasına səbəb ola bilər. Hamiləlik dövründə əsla belə pendirlər yeməyin. 

Qaraciyər
Qaraciyərin tərkibində çoxlu miqdarda "retinol” adlı maddə var. Hamiləlikdə qaraciyər başda olmaqla tərkibində retinol olan heç bir qidanı yeməməlisiniz. Çünki bu maddə orqanizmdə toplanaraq qalır və körpəyə zərər verir. 

Az bişmiş ət və yumurta
Hamiləlik dövründə tərkbində bakteriya ola biləcək heyvan mənşəli qidalar bişirildikdən sonra yeyilməlidir. Yumurtanı və əti yaxşı-yaxşı bişirin. 

Pasterilizə edilməmiş süd və süd məhsulları
Pasterilizə edilməmiş süd və süd məhsulları təhlükəli mikroorqanizmlər ehtiva edir. Bu isə qida zəhərlənməsinə, ananın uşağı salması və ya körpənin ölü doğulması ilə nəticələnər. 

Suşi
Çiy balıqda bakteriya və parazit ehtimalı olduğu üçün onu yemək çox risklidir. Hamiləlik dövründə əsla çiy balıq yeməyin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri