Hamikəlik dönəmində fol turşusu qəbulunun faydaları

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 7 307
Səs ver:
(səs: 0)
Təbii qida maddələrində olan şəklinə folat, dərmanlarda və işlənmiş qidalarda olan formasına isə fo turşusu deyilməkdədir.

Fol turşusu, qan hüceyrələrinin və xüsusilə də sinir sistemi toxumalarının meydana gəlmə və inkişafında əhəmiyyətli bir rola sahib olan B vitamini törəməsidir. Xüsusilə genetik şifrəmizin elementi olan DNT istehsalında mühüm rola malikdir.

Fol turşusunun körpəyə faydaları nələrdir?
Fol turşusu, körpə inkişafı üçün çox əhəmiyyətli olub, bədəndə zülal sintezi, hüceyrə çoxalması və sümük iliyinin vəzifəsini əskiksiz yerinə yetirməsi kimi funksiyalara malikdirlər.

Fetal böyümə və inkişaf, sürətli hüceyrə bölünməsi ilə xarakterizə bir dövrdür. DNT və RNA istehsalındakı kritik rolu səbəbiylə, bu dövrdə kafi fol turşusu qəbulu son dərəcə əhəmiyyətlidir. Edilən araşdırmalar, hamiləlikdə kafi miqdarda fol turşusu qəbulunun körpədə mərkəzi sinir sistemi anomaliyalarının (şikəstliklər) görülmə ehtimalını mənalı ölçüdə azaltdığını göstərməkdədir. Neyral balon deffekti adı verilən bu mərkəzi sinir sistemi anomaliyaları, dəyişik şəkillərdə və dərəcələrdə görülə bilər. Ən sadə forması olan onurğada kiçik bir açıqlıq varkən, ənirəli forma olan anensefalide körpənin kəllə və beyni inkişaf etməz.

Hamiləlik əvvəli fol turşusu istifadə edilməsi nə kimi faydalar təmin edər?
Hamiləlik əvvəli bir çox qadında yüngül də olsa müxtəlif səbəblərlə fol turşusu əskikliyi vardır. Hamiləliklə birlikdə ehtiyac artar və sürətlə fol turşusu çatmazlığı inkişaf edə bilər. Araşdırmalar, hamiləlik əvvəli qida möhkəmlətməsi və əlavə fol turşusu dərmanlarıyla fol turşusu əskikliyindən doğan problemlərin aradan qaldırıla biləcəyini göstərməkdədir.

Hamiləlikdə nə vaxt fol turşusu qəbul edilməyə başlanmalıdır?
Fol turşusu, körpənin beyin və sinir sistemi inkişafı üçün kilid əhəmiyyətə sahib olduğundan hamilə qalmadan əvvəl alınmağa başlanması lazımdır. Edilən araşdırmalar nəticəsində, hamiləlik planlanmağa başlandığı zaman, digər bir deyişlə ən az hamiləlikdən 3 ay əvvəlindən başlayaraq, hamiləliyin 3. ayının sonuna qədər gündəlik 400 mikrogram fol turşusu istifadə edilməsi təklif edilməkdədir. Unudulmaması lazım olan əhəmiyyətli bir nöqtə də; fol turşusunun bədəndə yığılmadığıdır. Ona görə hər gün qəbul edilməsi lazımdır.

Fol turşusu əskikliyi körpədə nə kimi problemlərə səbəb ola bilər?
Mərkəzi sinir sistemi anomaliyaları arasında ən sıx qarşımıza çıxan problem olan neyral balon defektləri, döllənmə sonrası 21 və 27. günlər arasında ortaya çıxmaqdadır. Bu dövrdə qadınların əhəmiyyətli bir qisimi hamilə olduqlarını fərq etməyə bilərlər. Fol turşusu dəstəyi alınmadığında neyral balon defekti görülmə ehtimalı 2000 doğumda 1 ətrafındadır. Fol turşusu dəstəyi ilə bu nisbət yüzdə 50-75 nisbətində azaldıla bilər. Bu təsirin ortaya çıxması üçün hamilə qalmadan 1-3 ay əvvəl fol turşusu istifadə etməyə başlanması lazımlıdır. Ayrıca yırtıq damaq və bəzi ürək pozğunluqları kimi anomaliyaların da fol turşusu qəbulunda azaldığı ilə bağlı olduğu irəli sürülməkdədir.


Fol turşusu əskikliyi necə bilinər?

Yüngül dərəcədə fol turşusu əskikliyi cəmiyyətdə olduqca məşhurdur. Daha ağır əskiklik vəziyyətlərinə isə qanazlığında rast gəlinər. Fol turşusu ya da B12 vitamini əskikliyi olanlar sonunda anemik hala gələrlər. Anamiya əlamətləri keylik, yorğunluq, səy göstərildiyində nəfəs darlığı, dəridə və mikozda solğunluqdur. Ağız kənarlarındakı çatlaqların fol turşusu çatışmazlığından irəli gəldiyi bilinsə də bu, dəmir, B2 ya da B6 çatışmazlığından da ola bilər. Fol turşusu əskikliyində dil ağrılı və qırmızıdır. Fol turşusu əskikliyi çox vaxt xarici əlamətlərlə deyil, qan testləri sonunda, adamda anemiya olduğu aydın olunca ortaya çıxar. Yüngül əskikliklərdə depressiya görülə bilər. Daha ağır əskikliklərdə isə sinirlər zədələnər, periferikneyropatiya meydana gələ bilər.

Fol turşusu ilə zəngin qidalar hansılardır?
Fol turşusu ən çox yarpaqlı yaşıl tərəvəzlər, pivə mayası, qaraciyər, böyrək, yumurta, pərdəsi alınmamış taxılllıar, qoz, badam, fındıq, fıstıq, mərcimək, ispanaq, yonca, mavi-yaşıl yosun, cəfəri, nanə, paxlalılar və toxumlu qidalarda olur. Fol turşusu baxımından zəngin olduğu halda hamilə qadınlara, toyuq, quzu və dana qaraciyəri istehlakı, tərkibindəki həddindən artıq miqdarda A vitamini səbəbiylə təklif edilməməkdədir. Həddindən artıq A vitamini qəbulu xüsusilə hamilə qadınlar üçün təhlükəli ola bilər;

Fol turşusunun qəbulu nə vaxt dayandırılmalıdır?
Mərkəzi sinir sistemindəki şikəstlikləri önləməyə köməkçi olmaq üçün, döllənmədən 8 həftə sonrasına qədər dərman möhkəmlətməsi olaraq fol turşusu qəbul etmək faydalı olar. Bu 28 gündəlik sikldə sizin son adətinizin ilk günündən sonrakı 10 həftəlik müddətdir. Bu tarixdən sonra sinir sistemi anomaliyaları üzərinə diqqətə çarpan bir faydası olmaz. Hamiləlikdə fol turşusunun gündəlik alınması lazım olan miqdarı artar. Bu səbəblə hamiləlik əvvəlindən başlayaraq bütün hamilələri əhatə edəcək bir şəkildə fol turşusu qəbulu təklif edilməkdədir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 7 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri