Hamiləlik zamanı MƏDƏ yanması...

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 18 144
Səs ver:
(səs: 1)
Hamiləlik dövründə bir çox xanımlar mədə yanmasından ( qıcqırma ) əziyyət çəkirlər.Doğrudur, bu problem ananın və körpənin sağlamlığına ciddi təhlükə xarakteri daşımasa da, o anaya böyük narahatçılıq hissi törədir, anaya özünü diskomfort və narahat hiss etməsinə və həmçinin yatmasına belə mane olur.Bütün bu narahatçılıqlar anaya hamiləlik dövründə hiss etmək istədiyi xoş hissləri də keçirməsinə mane olur.
Mədə yanmasının səbəb və müalicəsi haqqında məlumat almaq bütün gələcəkdə ana olmağa hazırlaşan xanımlar üçün çox mühümdür.Mədə yanmasının əsas səbəblərindən biri qida boru sistemi orqanlarının funksiyalarının qeyri – bərabər işləməsindən irəli gəlir.

Mədə yanmasının əmələ gəlməsinin səbəbləri :

Spirtli içki, çox yağlı, duzlu, istiotlu və turş qidanın qəbulu zamanı.Əgər insan müəyyən vaxt ərzində düzgün qidalanmırsa, bir qayda olaraq o yemək yedikdən sonra yanma problemi ilə üzləşir.
Mədənin həddindən çox turşuluğu zamanı, həmçinin, qida boru sistemi xəstəlikləri ( qastrit, xolesistit, pankreatit, mədə yazvası, mədə xərçəngi və s. z) zamanı yaranır.
Mədənin divarlarının qıcıqlandırılmasına səbəb olan dərmanların qəbulu zamanı.
Bəzi tibbi prosedurlar ( kimya və şüa terapiyaları) zamanı
Ənənəvi üsullarla hamiləlik dövründə mədə yanmasının müalicəsi.
Ənənəvi üsulların köməyilə mədə yanması problemini yüngülləşdirmək olar.Bir çox reseptlər müxtəlif otlardan hazırlanmış içkilərdən ibarətdir.Lakin, bu üsullara da müraciət edərkən hamilə qadın öz həkimi ilə əlaqədə olmalıdır.Çünki, bildiyimiz kimi bir çox otların kömək etməklə bərabər sırf hamilə qadın üçün çox pis əks təsir effekti də yarada bilər.Lakin tamamilə qorxusuz və təhlükəsiz yöntəmlər də vardır.Məsələn, yanma hiss etdiyiniz an bir qədər kartof suyu yaxud da ki, bir qədər süd içə bilərsiniz.

Həmçinin yaxşı olar ki, yemək yedikdən sonra hamilə qadın bir müddət otursun yaxud da ki, azca gəzsin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 18 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri