Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 3 985
Səs ver:
(səs: 1)
İlk üç ayda qarın nahiyəsində baş verən zəif ağrı adətən uşaqlığın böyüməsi ilə müşahidə olunur: uşaqlığın kiçik çanaq boşluğuna bağlandığı liflər dartılmağa başlayırlar.

Qadinla.com ginekoloq.az-a istinadən bildirir ki, 6-8 həftəyə qədər olan ağrı və qanaxmalara həmçinin uşaqlıq xaricində olan hamiləlik də səbəb ola bilər. Xoşagəlməz hisslər məşq sancılarından irəli gələ bilər.

Hamiləliyin 38-ci həftəsindən sonra qarın nahiyəsində olan ağrılar digər doğuş əlamətləri ilə yanaşı doğuş sancılarını yaxınlaşdığını göstərir. Hamiləliyin istənilən müddətində güclü, sancıvari ağrılar, qanaxma - uşaq salma və ya vaxtından əvvəl ciftin (plasentanın) qopması təhlükəsinin əlamətləridir və onlar təcili olaraq həkimə müraciət edilməli olduğunu göstərir.

Qarın nahiyəsində ağrıların başqa səbəbləri

Qarın ağrısı, məsələn, qəbizlik və ya mədə-bağırsaq yolunda olan daha ciddi pozuntular - bağırsaq keçilməzliyi və spazm (lakin bu ağrı uşaqlıqda deyil, bağırsaq nahiyəsində olacaq və sancıvari deyil, daimi olacaqdır) nəticəsində də yarana bilər. Ağrının səbəbi həm də kəskin və xroniki xəstəliklər də ola bilər - məsələn, sidik yolunda daşlar, pielonefrit, pankreatit, appendiks (kor bağırsağın) iltihabı, və bu xəstəliklər də həkimə müraciət etməyi tələb edir.

Hansı əlamətlər ağırlaşmaların olduğunu göstərir?

Güclü ağrının və ya qanaxmanın olduğu bütün hallarda - mütləq həkimə müraciət etmək lazımdır. Qanaxma xorionun və ya ciftin (plasentanın) qopmasının və uşaqsalmanın başlanma əlaməti ola bilər.

Bəzən qan ifrazatları hamilə qadınların uşaqlıq boynunun eroziyası və ya sersiviti (uşaqlıq boynunun selikli qişasının iltihabı) olan zaman cinsi əlaqəyə girmələri nəticəsində əmələ gələ bilər, lakin əsl səbəbi ancaq həkim müəyyən edə bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri