Hamiləlikdə mədə ağrılarısı və yanmasına qarşı tədbirlər

Müəllif: Efsuw2016
Şərhlər: 4
Baxılıb: 7 249
Səs ver:
(səs: 0)
Hamiləlik zamanı hormonların artması və dölün böyüyüb qarın bölgəsinə təzyiq etməsi səbəbiylə qadınlar tez-tez mədə narahatlıqlarından şikayətlənirlər. Bu mədə şikayətlərinin başında isə mədə yanması gəlir. Hamiləlik dövründə mədə yanması haqqında məlumat verən qadın xəstəlikləri və doğum mütəxəssisi Dr. Uğur Atəş mədə ağrısı və yanması üçün alına biləcək tədbirlər haqqında məlumat verib.

Hamiləlikdə artan hormonların təsiriylə mədənin yemək borusuyla birləşdiyi bölgə boşalar və mədə turşusu buradan yemək borusuna keçərək yuxarı qalxır. Mədə yanması kimi adlandıra biləcəyimiz bu vəziyyət, mədədəki mayelərin yuxarı doğru, yəni yemək borusuna tərəf geri çəkilməsidir. Mədə yanması olan hamilə qadınlar ağızlarına acı su gəlməsindən şikayətlənirlər. Bu şikayətlər hamiləliyin son aylarında daha da arta bilər.

Bəzən hamiləlikdən əvvəl olan və ya hamiləlikdə başlayan mədə xorası, qastrit kimi problemlər də mədədə ağrı və yanmaya səbəb ola bilər.

Mədə ağrısı və yanması üçün qabaqlayıcı tədbirlər:

Birdəfəyə çox yemək yerinə, tez-tez və az miqdarda yeyin. Uzun müddət ac qaldıqdan sonra, birdən-birə çox yemək yemək mədə yanğılarını artırır.

Yavaş-yavaş və çox çeynəyərək yeyin, yemək vaxtı çox su içməyin.

İlıq süd mədə yanğılarına xeyli faydalı ola bilər.

Qızartma, həddindən artıq yağlı və ədviyyatlı yeməklər yemək, şokolad, çay, qəhvə və s. içmək şikayətlərinizi daha da artıra bilər. Bu cür qidalardan uzaq durun.

Qarın bölgəsini sıxan paltarlar geyinməyin, əksinə rahat paltarlara üstünlük verin.

Siqaret və spirtli içkilər mədə yanğılarını artıran bir faktor olduğu kimi hamiləlikdə də təhlükəlidir.

Bacardığınız qədər çox istirahət edin və özünüzə vaxt ayırın.

Stres, mədə və yemək borusu arasında olan əzələlərin gərilməsinə gətirib çıxarar. Bu səbəblə hamiləlik dövründə stresdən uzaq durun.

Yatarkən hündür yastıqlardan istifadə edin.

Gecə saatlarında yemək yeməyin.

Həkiminizin məsləhətlərinə qulaq asın və əgər lazım gələrsə onun verdiyi mədə turşuluğunu aradan qaldıran dərmanlardan istifadə edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri