Körpə qulluğunda doğru bildiyimiz yanlışlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 3 620
Səs ver:
(səs: 1)
Körpəyə qulluq mövzusu çox həssas yanaşma tələb edir. Əksər insanlar isə bu barədə yanlış məlumatlara sahibdirlər.

Həmin doğru bilinən yanlışları təqdim edirik:
Körpə 40 günlük olana qədər çölə çıxarılmaz – Körpənin və ananın 40 gün çölə çıxmaması adət halını alıb desək yanılmarıq. Bu isə körpənin xəstələnməməsi üçün atılan addımdır.

Həkimlər ana və uşağın özünə gəldikdən və əmizdirmə zamanı saata düşdükdən sonra çıxmasının uyğun olduğunu bildiriblər.

Açıq havada gəzmək hər zaman daha yaxşıdır. Ticarət mərkəzləri kimi qapalı məkanlardan qaçınmalıdır. Günəşli havalarda 10-15 dəqiqə ilə başlayaraq bir saata qədər çıxıla bilər. Ancaq yeni doğulmuş körpənin uzun saatlarla çöldə olması, insanlarla yaxın təmasda olması xəstə edə bilər.

Göbəyi düşənə qədər çimizdirmək olmaz – Yeni doğulan körpənin göbəyi 5-10 gün arasında öz-özlüyündən düşər. Göbəyi nəm qalmazsa daha tez düşər. Bu səbəbdən tez-tez göbəyi yumağa ehtiyac yoxdur. Hamamda isladılması həm göbəyin düşməsini gecikdirir, həm də uyğun olmayan yerdə çimizdirilməsi mikroba yoluxdura bilər.

Bu səbəbdən göbək düşənə qədər çimizdirilməməlidir. Əgər uyğun təmiz şərait varsa çimizdirilə bilər.

Təxminən 50 il öncə körpələrə şəkərli su verildiyində uşağın sarılıq olmayacağı və ya daha yüngül keçirəcəyi inancı mövcuddur. Daha sonra aparılan araşdırmalarda heç bir faydasının olmadığı hətta zərərli olduğu göstərilib. Ana südü ilə qidalanan körpəyə çöldən su verilməsi doğru deyil.

Bəziləri körpəyə gecələr hazır qida verməyi üstün tuturlar. Bununla uşağın gecə daha rahat yatacağı düşünülür.

Ana südü mədəni daha tez tərk etdiyi üçün körpələr tez-tez acır. Bu ana südünün tez və rahat həzm olunması ilə əlaqədardır. Körpə tez-tez durur deyə hazır qida vermək düzgün deyil. Ana südü xaricində uşağa hər verilən qida körpənin ana südündən yararlanmasını azaldır.

//hekimtap
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri