Balaca uşaq üçün yemək hazırlayanda duz işlətmək lazımdırmı?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 951
Səs ver:
(səs: 0)
Balaca uşaq üçün yemək hazırlayanda duz işlətmək lazımdırmı? Bu məsələ, uşağını süd və uşaq sıyıqlarından əlavə yeməklərə keçirən anaların, demək olar ki, hamısını düşündürür.

Analara və ya hətta nənələrə uşaq üçün şorba hazırlayanda ona duz qatmadığınızı deməyə cəsarətiniz çatarmı? Sizi o qədər qınayacaqlar ki?! Axı o qədər də uzaq olmayan sovet dövründə altı ayından başlayaraq, uşağa, demək olar ki, yeməyə hər şey verirdilər. Yalnız həddindən çox ehtiyatlı olan analar uşaqlarını imkan olduqca daha çox müddətdə yüngül pəhrizdə saxlamağa çalışırdılar. Bəli, bizi duzlanmış yeməklərlə qidalandırırdılar və biz də sağlam böyüyürdük. Ancaq heç kim bizi əmin edə bilməz ki, mədəmizdəki müntəzəm narahatlıqlar uşaqlıqda düzgün qidalanmamağımızın nəticəsidir.

Müasir dövrümüzdə hər şey büsbütün dəyişmişdir və heç bir həkim uşağın bir yaşına kimi onun yeməyinə duz qatmağa icazə vermir. Körpələrin böyrəkləri hələ bu miqdarda duz qəbul etməyə qətiyyən hazır deyil. Balaca orqanizm üçün bir çimdik duz böyük adamın rasionunda yarım qutu duza bərabərdir. Bir yaşından sonra isə az miqdarda duzdan istifadə etmək hətta tövsiyə də olunur.

Əziz analar, inanın ki, uşağınız konfetləri, duzu və bizim hər gün öz rasionumuzda istifadə etdiyimiz bütün digər yeməkləri dadmağa imkan tapacaq.

Həm özünüz, həm də körpələriniz üçün sağlam qida proqramına əsaslanın və o zaman siz bütün ailənizin sağlam gələcəyini təmin etmiş olarsınız.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri