Uşaqlarda piylənmə

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 2 232
Səs ver:
(səs: 0)
Uşaqlarda piylənmə nədir?
Uşaqlarda piylənmə - uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Bədən kütləsi indeksi isə ≥30-dur. Uşaqlar arasında piylənmənin artması epidemik şəkildə yayılır və bu, pediatr və uşaq endokrinoloqlarından problemə ciddi yanaşma tələb edir. Böyük yaşlı insanların 60 %-də çəki ilə bağlı problem uşaq və yeniyetməlik yaşlarından başlayır. Uşaqlarda piylənmənin inkişaf etməsi gələcəkdə ürək-damar, endokrin, metabolik, reproduktiv patologiyalara, həmçinin həzm traktı və dayaq-hərəkət aparatı xəstəliklərinə səbəb ola bilər.

Uşaqlarda piylənmənin yaranma səbəbləri
Uşaqlarda piylənmənin təbiəti polietiolojidir: onun inkişafında həm genetik, həm də mühit faktorlarının rolu var. Bütün hallarda uşaqlarda piylənmənin əsasında energetik disbalans dayanır, yəni orqanizmin qəbul etdiyi enerji israf etdiyi enerjidən çox olur.

Məlumdur ki, hər iki valideyn piylənmədən əziyyət çəkərsə, bu pozuntunun uşaqda rastgəlmə tezliyi 80%, problem yalnız anadadırsa – 50%, təkcə atadadırsa – 38% təşkil edir.

Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər. Südəmər körpələrdə piylənmə yüksəkkalorili qarışıqların həddindən artıq yedirdilməsindən əmələ gələ bilər.

Anamnestik göstəricilərə görə, uşaqların çoxunda piylənmə qida rejiminin pozulması və fiziki aktivliyin azalması fonunda baş verir. Adətən artıq bədən kütləsi və piylənməsi olan uşaqların rasionunda yüngül karbohidratlar (un məmulatları, şirniyyat və s.) və heyvan mənşəli piylər (fast-fud), şirin içkilər (şirələr, qazlı sular) üstünlük təşkil edir. Ən acınacaqlısı isə odur ki, bütün bunların fonunda uşaqlar azhərəkətli həyat tərzi sürür (aktiv oyunlar oynamır, idmanla məşğul olmur, bədən tərbiyəsi dərslərinə getmirlər), vaxtlarının çoxunu televizor və kompüter arxasında keçirirlər.

Uşaqlarda piylənmənin əlamətləri
Uşaqlarda piylənmənin əsas əlaməti dəri altında piy hüceyrələri qatının artmasıdır. Erkən yaşlı uşaqlarda piylənmənin ilkin əlamətləri kimi hipodinamiyanı, hərəki vərdişlərin formalaşmasının ləngiməsini, qəbizliyə, allergik reaksiyalara, infeksion xəstəliklərə meyilliliyi göstərmək olar.

Alimentar piylənmə zamanı uşaqların qarın, çanaq, sinə, kürək, üz, yuxarı ətraf nahiyələrində artıq piylər yaranır.

Məktəb yaşlarında belə uşaqlarda təngənəfəslik, fiziki yüklənməyə tolerantlığın azalması, arterial təzyiqin artması müşahidə olunur.

Uşaqlarda ikincili piylənmə aparıcı xəstəlik fonunda və sonuncunun tipik simptomları ilə uzlaşır.

Kuşinqoid piylənməsinin (İtsenko-Kuşinq sindromu zamanı) xarkterik cəhətləri qarın, üz və boyun nahiyələrində piy qatlarının yaranmasıdır, lakin bu zaman aşağı ətraflar arıq qalır. Qızlarda pubertat dövrdə amenoreya və qirsutizm müşahidə edilir.

Uşaqlarda piylənmənin ağırlaşmaları
Uşaqlarda piylənmə bir sıra ağırlaşmalar yaradır.

Onlara misal kimi aşağıdakıları göstərmək olar:
Ateroskleroz;
Hipertoniya xəstəliyi;
Stenokardiya;
2-ci tip şəkərli diabet;
Xroniki xolisistit;
Pankreatit;
Qəbizlik;
Hemoroy.
Sümük-əzələ sisteminə düşən ağırlığın artması nəticəsində skolioz, artralgiya, artroz, yastıpəncəlik və s. inkişaf edə bilər.

Uşaqlarda piylənmənin müalicəsi
Piylənmədən əziyyət çəkən uşaqlara tibbi yardım onların bədən kütləsinin aşağı salınmasından, yanaşı xəstəliklərin müalicə olunmasından, alınan nəticənin saxlanmasından və artıq çəkiyə qarşı profilaktik tədbirlərin görülməsindən ibarətdir.

Piylənmədən əziyyət çəkən uşaqlara iqlorefleksoterapiya, hidroterapiya, psixoterapiya göstərişdir. Bundan başqa, uşaq endokrinoloqu, uşaq kardioloqu, uşaq qastroenteroloqu, uşaq ortopedi, neyrocərrah və uşaq psixoloqunun dəstəyi də tələb olunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri