Arıqlıq

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 672
Səs ver:
(səs: 0)
Xoşagəlməz psixososioloji əhatə: uşağın anası ilə ayrılması, valideyn sevgisindən məhrum olması, onun təbii ehtiyaclarına laqeydlik, sahibsizlik və s, kimi hallardan baş verən emosional hiss məhrumiyyətidir. Belə halda hətta dəyərli kifayyətli qidalanmasına baxmayaraq uşağın iştahası pis ola bilər. Yaxud qəbul olunmuş qida pis həzm oluna və mənimsənilə bilər.

Yardım: psixoloji vəziyyəti dəyişmək.

Az qidalanma: böyümənin və inkişafın ləngiməsi və arıqlama hər şeydən əvvəl pis qidalanmadan yaranır. Yemək lazımi qədər kalorilı olmalı və əsas qida maddələri (zülallar, yağlar, karbohidratlar) ilə tarazlaşdırılmalıdır. Məsələn əgər iki yaşlı uşaq yalnız süd ilə qidalanırsa onda o normal miqdarda zülal və böyümə üçün az kalori qazanır. Uşağın ləng böyüməsinin səbəbini iştahasının pis olmasını və ya lazımi qədər qida qəbuluna baxmayaraq, onun çəki artıra bilməməsini və hətta arıqlamasını aydınlaşdırmaq lazımdır.

Yardım: uşağın düzgün qidalanması məqsədilə məsləhət almaq üçün həkimə müraəiət etmək lazımdır. Fiziki inkişafdan geri qalan uşaqlar üçün qədim çin təbabəti resepti təklif etmək olar: 30 qram biyan kökünü qızardıb, toz halına salıb, balla qarışdırıb qarğıdalı dəni boyda kürəciklər düzəltmək. Gündə iki dəfə 5 kürəcik qəbul etmək.

Bağırsaq parazitləri: askarid və lentşəkilli qurdlarla yoluxmuş uşaq, adətən «Qurd» iştahası olmasına baxmayaraq, öz yaşına uyğun normal çəki və boya malik olmur. Belə uşaqlarda arıqlıqdan başqa qarında köp və ağrı, ürəkbulanma, ishal, qan azlığı , qıcıqlanma və əsəbilik müşahidə edilir. Qurdlar haqqında daha geniş məlumat «Qarında ağrılar» bölməsində verilir.

Vərəm: arıqlıq bəzən gizli inkişaf edən vərəmin yeganə əlaməti ola bilər. Bu halda üşaq pis yeyir, tez yorulur, bəzən qızdırması olur. Lakin xəstəlik tədricən, gizli getdiyinə görə başlanğıcda valideynlərdə o qədər narahatlıq yaratmır.

Yardım: yuxarıda göstərilən əlamətlərlə yanaşı qeyd olunan arıqlıq əsas verir ki, uşağı ləngitmədən sahə uşaq həkiminə göstərəsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri