Kök insanlar üçün SUPER MENYU

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 178
Səs ver:
(səs: 0)
Müasir dövrdə dünyada on milyonlarla insan köklükdən əziyyət çəkir

Qadinla.com Ərşad Əzimzadənin "Möcüzəsiz möcüzə" kitabından kök insanlar üçün qida menyusunu təqdim edir: Köklük-xəstəliyin ən qabarıq zahiri əlamətidir.

Kökəlməyə başlayan adam artıq sağlam deyil: onun bədəninə, daxili orqanların normal işləməsinə mane olan, 8-25 kiloqram şlak yığılıb. Belə adam bədənini mikrob yuvasından təmizləmək üçün mütləq arıqlamalıdır.lakin düzgün qidalanma üzərində qurulmayan arıqlamaq əks nəticə verər. Bunu nəzərə alaraq, kök adamların diqqətinə aşağıdakı menyuları təqdim edirik:

Birinci menyu

Salat günü: pomidor,xiyar, kələm, kök, kahı yarpaqları ilə kifayətlənmək. 1,2 -1,5 kq tərəvəzi 5 paya bölmək, üstünə
bitki yağı töküb yemək.

Alma günü: 1,5 kq almanı 5-6 paya bölüb, 2 stəkan yaxşı yetişmiş təzə pomidor şirəsi ilə qarışdırmaq.

Kəsmik günü: 100-120 q yağsız, yaxud az yağlı kəsmiyə günəbaxan (yaxud zeytun) yağı,narın sürtülmüş tərəvəz (kələm, kök, turp), ya da turş meyvə,qoz,yaxud fındıq, yaxud badam əlavə edib yemək, 2-3 stəkan yaşıl çay, yaxud itburnu (moruq, qarağat) yarpağından və giləsindən dəmlənmiş çay içmək.

Balıq günü: 200-300 q balığı suda, yaxud odda kabab şəkilində bişirib, tərəvəz salatı ilə yemək, 2-3 stəkan yaşıl çay,
yaxud itburnu(moruq,qarağat) çayı içmək.

Bu reseptlə qidalanarkən bütün gün ərzində 100 q çovdar, yaxud yulaf çörəyi və 15-20 q yağ (əsasən, bitki yağı) yemək olar. Bu menyuları qalan günlərdə təkrarlamaq lazım gələcək. Əminəm ki, qidada ancaq ləzzət axtaran,onun faydası barədə heç vaxt düşünməyən qarınqulular bu menyunu bəyənməyəcək. Belələrinin işi Allaha qalıb...

İkinci menyu

Səhər yeməyi: tərəvəz salatı,qoz,fındıq,badam yemək, itburnu(qarağat,moruq) yarpağından və meyvəsindən dəmlənmiş çay içmək (qəndi, şirniyatı və şəkər tozunu balla, yaxud meyvə qurusu ilə əvəz etmək), 2 saatdan sonra alma yemək.

Günorta naharı: yarım pay ətsiz şorba, soyutma toyuq əti, yaxud soyutma balıq,yaxud qoz-fındıq(100 qramdan çox olmasın),tərəvəz salatı yemək,otlardan dəmlənmiş çayları bir çay qaşığı balla içmək.

Ara yeməyi (poldnik): 1-2 cür meyvə.

Şam yeməyi: soyutma balıq, salat yemək,quru meyvələrdən dəmlənmiş kampot içmək, 2 saatdan sonra kefir yemək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri