Uşağa qızdırma dərmanı verib, elə bir fəsada yol açırsınız ki... - Pediatr xəbərdarlıq edir

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 3 016
Səs ver:
(səs: 0)
Pediatr Tərlan Əyyubov həkim göstərişi olmadan uşaqlara həddən artıq qızdırma salan dərmanların verilməsi barədə mühüm açıqlamalar verib.

Qadınla.com bildirir ki, o, bu dərmanların nizamsız verilməsinin yaratdığı fəsadlardan söz açıb:

"Son zamanlar kəskin respirator xəstəliklər səbəbindən bir çox uşaqlarda yüksək temperatur müşahidə edilir. Bundan narahat olan valideynlər həkim müayinəsi olmadan özbaşına müalicəyə başlayaraq uşağa dərhal qızdırma salan dərmanlar verərək vəziyyəti daha da pisləşdirirlər.

Uşağa qızdırma salan dərmanların nizamsız şəkildə verilməsi ən çox aqranulisitoz adlanan fəsad verir ki, bu zaman qanda leykositlərin səviyyəsi kəskin şəkildə aşağı düşür. Nəticədə də orqanzimin bakteriya və göbələk infeksiyalarına qarşı həssaslığı meydana çıxır.

Aqranulisitoz əlamətsiz davam edə və ya kəskin qızdırma və boğaz ağrısı ilə müşayiət olunur. İstənilən orqanın infeksiyası tez inkişaf edərək pnevmaniya, sidik yollarının iltihabı, sepsis kimi fəsadlara yol aça bilər".

Pediatr qeyd edib ki, son günlərdə onun qəbuluna bu diaqnozla 4 uşaq gətirilib: "Onlarda idarə edilə bilinməyən və dərmanlarla salına bilməyən temperatur müşahidə edilirdi. Laborator analizləri zamanı uşaqlardan birində neytrofil göstəricisinin hətta 100-dən yuxarı olduğu məlum olub".

Qeyd edək ki, neytrofillər qanda olan 10-20 mkm diametrində, seqmentli nüvəli hüceyrələrdir.

Onlar qanın leykositlərinin təxminən 70 % ni, qranulositlərinin isə 95 % ni təşkil edirlər
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri