Uşaqların zehni inkişafı üçün faydalı qidalar

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 5 212
Səs ver:
(səs: 1)
Uşaqlarınızın yaxşı yaddaş və güclü zehnə sahib olmağını istəyirsinizsə bu yazını diqqətlə oxuyun. Bu məsələdə övladınıza kömək edə bilərsiniz. Belə ki, onun qida rasionuna aşağıda adını sadaladığımız qidaları daxil edin. Həmin qidalar həm uşağın sağlamlığı, həm də zehninin inkişafı üçün vacibdir.

Süd və qatıq zehni fəaliyyətin inkişafına müsbət təsir edir. Diqqəti artırır.

Yumurta D vitamini ilə zəngindir, bu qida hüceyrələrin öz-özünü yeniləməsini təmin edir. Beynin fəaliyyətini gücləndirir. Yaddaşa da yaxşı təsir edir.

Qırmızı ət dəmirlə zəngindir. Uşaqlarda zəka səviyyəsini yüksəldir.

Üzüm suyu yaddaşı qüvvətləndirir. Yorğunluğu aradan qaldırı və zehni açır.

Balıq zehni fəaliyyəti artırır, beyni gücləndirir. Yaddaş üçün əvəzolunmaz qidadır.

Fındıq, qoz, badam tərkibindəki E vitamini sayəsində uşağın dərsləri daha yaxşı başa düşməsinə, diqqətli olmasına kömək edir.

Banan sodium, potasium, maqnezium kimi minerallarla zəngin olduğu üçün əzələlərin yaxşı işləməsinə, ürək ritminin yaxşılaşmasına və beynə daha çox oksigen getməsinə səbəb olur. Bu da öz növbəsində beyni gücləndirir. Uşaq gündə bir ədəd banan eməlidir.

Yaşıl yarpaqlı bitkilər - ispanaq, kələm kimi qidalar tərkiblərində olan fol turşuları sayəsində beyin hüceyrələrinin inkişafına kömək edir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri