Körpələrin bədən dili

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 3 325
Səs ver:
(səs: 0)
Yuxum var

Əgər körpəniz  göz qırpırsa, əsnəyirsə və əlləriylə gözlərini ovuşdurursa, bu, yuxusu olduğuna işarədir.
Oynamağa hazıram
Körpəniz gözlərini açaraq iti bədən hərəkətləri edirsə, bu, onun sizdən diqqət gözlədiyini, oyunlarınıza açıq olduğunu göstərər.
Acam
Körpəniz ağızını açıb bir şey yeyirmiş kimi edirsə anlayın ki, acmış deməkdir.
Xeyr
Əgər körpəniz özünü geriyə doğru itələyərək başını çevirir və göz kantaktı qurmursa, bu onun sizə "xeyr" dəmə şəklidir.
Körpənizlə olan əlaqənizi, bədən dili vasitəsilə necə inkişaf etdirə bilərsiniz?
1- Körpənizi izləyin. Çox erkən yaşlardan etibarən körpəniz sizi izləyərək diqqətinizi çəkməyə çalışar. Bunu xüsusilə o böyük gülümsəməsiylə edəcək. Bu səbəbdən sizə gülümsəyərək baxdığında, siz də ona gülümsəyərək baxın. Bu, minlərlə sözə əvəz olacaq.
2- Körpənizin hərəkətini, hansı səs və hərəkətdə oynatdığını müşahidə edin. Fərqli körpələr fərqli həssaslıqlara malikdir. Kimi gözünə gələn günəşdən narahat olarkən kimi də küçədən gələn səslərdən diksinə bilər. Bəzi körpələrsə, keçən bir yük maşınının səsindən belə narahat olmağa bilər. Ani səs və hərəkətlərə məruz qaldığında qorxan körpənizin etibarda hiss etməsini təmin edin.
3- Körpənizin sahib olduğu fərqli ruh hallarını tanımaya çalışın. Hissləri açıq və diqqətli olduğunda, ağladığında və ya narahat olduğunda daha dəyişik hal və hərəkətlərə sahib olacaq. Bu səbəbdən o hərəkətlərinə diqqət edərək hansı ruh halında olduğunu daha yaxşı həll edə bilərsiniz. Beləcə ona necə davranmanız lazım olduğunu da biləcəksiniz. 
4- Körpənizlə, hisslərinin açıq olduğunu fərq etdiyiniz zamanlarda danışın. Ən narahat körpələr belə hər gün sakit bir ana malikdir. Yetər ki, o anı tutun. Onunla danışarkən üz ifadələrinizi istifadə edərək danışmağı yoxlayın. Siz də onu diqqətli izlədiyinizdə sizə nə demək istədiyini anlayacaqsınız, çünki o da sizə müxtəlif yüz/üz ifadələri ilə cavab verəcək.
5- Körpənizin sizinlə ünsiyyətə keçmə səylərinə daim cavab verin. Çünki körpələr, danışmağı öyrənmədən əvvəl səsləri istifadə edərək ünsiyyət qurmağa çalışarlar. Siz də körpəniz sizinlə danışmağa çalışdığında cavab verin. Beləcə özünüzü bir danışma içində tapacaqsınız.

/Mənbə:Qadınlar.Biz/

(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri