Uzun boylu uşaqlar üçün qidalanma təklifləri

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 910
Səs ver:
(səs: 2)
1 yaşına qədər, uşaqlar ağırlıqlı olaraq ana südü və südlü qidalarla qidalanar. Əslində 6 aylıqdan sonra yumurta, kök, banan və bənzəri qidaların qidaya əlavə olunması orqanların sağlam inkişafına köməkçi olar.
 
1 ilə 2 yaş arası sümük və beyin inkişafı, sağlam böyümə üçün arı məhsullarının (arı südü, polen) istifadəsi təkliflə bilər. Arı məhsulları sinir sistemini və immuniteti gücləndirər. 1 yaşdan sonra bütün bitki mənşəli qidaları uşaq menyusuna qata bilərik.
 
3 yaşdan etibarən; qansızlıq, inkişaf və maddələr mübadiləsi dəstəyi üçün bal, tut bəkməzi, polen, arı südü, propolis, bibəriyə, kökə otu, quşburnu, zəncəfili bəslənməyə qatmaq əhəmiyyətlidir. Adaçayı tənəffüs yolu infeksiyalarında və sağlam inkişaf üçün uşaqlarda rahatlıqla istifadə edilə bilər.
 
12 yaşa qədər; sümük inkişafı üçün keçiboynuzu bəkməzi, antioksidan olaraq tut bəkməzi təklif edilər. Yenə uşaqlar üçün C vitamini qaynağı olaraq naringi suyunu xüsusilə təklif edərəm.
 
Sümük inkişafı böyük əhəmiyyət daşıyan D vitamininin ana qaynağı günəşdir. Qış yaz hər gün müəyyən saatlarda çölə çıxmaq D vitamini alışını təmin edər. Bunun yanında yağlı balıqlar da D vitamini baxımından zəngindir. Uşaqlar həftədə ən az iki dəfə yağlı balıq qəbul etməlidirlər. Uşaqlarda sağlam sümük inkişafı üçün məşq də böyük əhəmiyyət daşıyar. Bu səbəblə buraxın uşaqları istədikləri qədər qaçsınlar, velosipedə minsinlər, üzsünlər, idman etsinlər.
 
Uşaqların qidalanmasında kök, kartof kimi kökü yeyilən tərəvəzlərin xüsusilə orqanik olmasına əhəmiyyət verilməli. Çünki kimyəvilər köklərlə məhsulun içinə girər. Nə versək verək təbii olmasına diqqət edək. 
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri