Məktəbdən gələn infeksiyalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 081
Səs ver:
(səs: 0)
Yeni tədris ili başlandı. Uşaqlar yeni bilikləri əldə edir və yeni... infeksiyalarla qarşılaşır.

Sirr deyil ki, məktəbə getməyə başlayan uşaq daha tez-tez xəstələnməyə başlayır, məktəbdən evə müxtəlif infeksiyalar "gətirir". Bu təbii bir prosesdir. Kiçik yaşlı uşaqların immun sistemi hələ ki tam formalaşmayıb və bu səbəbdən uşağın orqanizminə düşən istənilən infeksiya xəstəliyin inkişafına gətirib çıxarır.

Məktəbdə uşaq tam fərqli mühitə düşür, onun orqanizmi yeni mikrob və infeksiyalara rast gəlir. Uşaq baxçasına getməyən uşaqlar xüsusilə tez-tez xəstələnir. Buna səbəb onların müxtəlif infeksiyalarla kontaktların az olmasıdır.

Stress də xəstəliklərin artmasına səbəb olur. İlk dəfə məktəbə gedən uşaqların əksəriyyəti müəyyən stress keçirdir. Bu isə onların immun sisteminin zəiflənməsinə səbəb olur.

Biz, valideynlər, bu infeksiyalardan uşaqları necə qoruya bilərik?

- Uşağı lazım olandan artıq geyindiməyin. Uşaqlar çoxlu hərəkət etməyi xoşlayır və nəticədə tez tərləyir. Tərləmiş uşaq isə daha tez xəstələnə bilər.

- Uşağa əllərini daha tez-tez yumağı öyrədin (tualetdən çıxandan sonra, yeməkdən əvvəl, məktəbdən evə qayıtdıqdan sonra və s.). Uşaqlar tez-tez əllərini gözlərinə, ağzına, burnuna salır. Bizim selikli qişalarımız isə mikroblar üçün əsas "giriş qapısıdır".

- Məktəbə uşağa mütləq antiseptik nəm salfetləri verin. Sinifə girdikdə uşaq mütləq belə salfetlə partanı və oturduğu stulu silməlidir. Yalnız bu sadə qayda uşağınızı bir çox müxtəlif infeksiyalardan qoruya bilər.

- Sinif otağının havası tez-tez dəyişilməlidir. Havadan asılı olmayaraq sinif otağında nəfəslik daim açıq olmalıdır. Təmiz hava ən gözəl profilaktika üsuludur.

- Sinif otağında çox isti olmamalıdır. +21 - +220 C ən optimal temperaturdur. Otaqda temperatur bundan artıq olduqda, bu uşaqların selikli qişaların qurumasına səbəb olur. Quru selikli qişalar isə uşağı infeksiyalardan qoruya bilmir.

- Qapıların dəstələri, pilləkənlərin sürahları mikrobların ən xoşladığı yerləridir. Uşaqları bu yerlərə əl vurmamağa öyrədin.

- Valideynlərin bir çoxusunun xoşladığı oksolin mazı, həkimlərin fikirinə görə, soyuqdəymələrdən qorumur. Ümumillikdə sağlam uşağa həkimin təyinatı olmadan hər hansı dərman vermək, maz sürtmək və s. ehtiyac yoxdur. Bu üsullarla siz uşağı xəstəliklərdən qoruya bilməzsiniz.

- Xəstəlik başladıqda, uşağın burnuna interferon damcıları (qrippferon, anaferon) damızdırın. Uşağa çoxlu maye (çay mürəbbə ilə, su balla və limonla, süd balla və s.) verin. Bu kifayyətdir. Xəstəliyin simptomları gücləndikdə isə həkimə müraciət edin.
Sağlam olun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 081
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri