Ana südünün keyfiyyətini artıran 10 qida

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 7725
Səs ver:
(səs: 0)

Qadınlar.biz ana südünün keyfiyyətini artıran 10 qidanı təqdim edir.

Yumurta tərkibindəki A, C və E vitamini, yod, fosfor, sink mineralları ilə ən önəmli protein qaynaqlarından biridir.

Süd verən ananın həftədə 2-3 dəfə yağda bişirməmək şərti ilə yeməsi lazımdır. Körpənin böyüməsində xüsusi rolu olan protein ana südündə də artmış olacaq.

 

Qatıq tərkibindəki kalsium fosfor nisbəti ilə vazkeçilməz bir qidadır. Körpənin sümük və diş sağlamlığı üçün son dərəcə önəmli rol oynayır. Ana enerji ehtiyacına görə, gündə 2-3 stəkan qatıq yeməlidir.

 

Tünd yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, cəfəri, şüyüd, nanə, kələm, brokolinin yeyilməsi ilə fol turşusu kimi bir çox vitamin artır və irəlidə anada anemiya riskini əngəlləyir.

 

Eyni zamanda fol turşusunun körpələrdə iflic kimi problemlərin qarşısını aldığı görülüb.

 

Yağlı çərəzlər. Fındıq, qoz, badam kimi yağlı toxumlar zəngin yağ asidi, vitamin və mineral birləşimi ilə ön plana çıxır. Südün daha keyfiyyətli olmasına və körpənin sinir inkişafına dəstək olur.

 

Zeytun və zeytun yağı. Yağ asit tərkibi ilə gündəlik yemək, salatlarda istifadə olunmaqla anadan körpəyə nizamlı yağ asidi ifrazı yaşanır.

Uşağın immunitet sistemini gücləndirdiyindən qaz, köp, qəbzlik problemi olan körpələr üçün faydalıdır.

Zeytun və zeytun yağı tərkibli qoz, badam, fındıq süd verən anlar tərəfindən müntəzəm şəkildə qəbul edilməlidir.

 

Balıq. Ürək-damar xəstəliklərindən beyin inkişafına, immunitetin gücləndirilməsindən diabetə kimi bir çox faydaları olan balığın körpənin beyin və görmə inkişafında da xüsusi faydası var.

Anaların mövsümə uyğun olan balığı həftədə 2-3 dəfə yeməsi, qızartma şəklində deyil, sobada bişirilməsi məsləhətdir.

 

Qırmızı ət. Dəmir körpənin sağlam böyüməsi və inkişafı üçün çox önəmlidir. Bu cür vazkeçilməz bir mineral isə daha çox qırmızı ətin tərkibindədir. İnfeksiyalara yoluxma riskini aşağı salır və körpənin immunitetini gücləndirir.

Analar həftədə 3-4 dəfə qırmızı ət yeməlidir.

 

Qurupaxlalılar. Doğumdan etibarən iki yaşına qədər olan müddət körpənin böyüməsi və inkişafı üçün çox önəmli müddətdir. Noxud, mərci, lobya son dərəcə yüksək keyfiyyətli protein tərkibli qurupaxlalılardır. Həftədə 2-3 dəfə yeyilməlidir.

 

Rəngli bibərlər. Qırmızı, yaşıl, sarı bibərlər tərkibindəki A vitamin səviyyəsi ilə birlikdə körpənin görməsi üzərində müsbət təsirlərə malikdir.

 

Yüksək antioksidan tərkibi ilə həm ananın, həm körpənin immunitetini gücləndirir.

 

Quru meyvələr. Tərkibindəki lif, mineral, vitamin, fitoelementlərlə süd vermə dövründə artan ehtiyacların qarşılanmasına kömək edir.

Fitoelementlər sadəcə rəngli qida və tərəvəzlərdə olur. Antioksidan təsiri ilə xərçəngin əngəllənməsində xüsusi rol oynayır. Gündəlik 4-5 pors meyvə yeyilirsə, bunun 2-si qurumeyvə olmalıdır.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 7725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri