Qrip olan ana uşağını əmizdirməlidirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 225
Səs ver:
(səs: 2)
Havalar soyumağa başlayınca asqırmıq, öskürək, burun axıntısı şikayətləri də artdı. Hər il olduğu kimi, bir çox adam mövsüm dəyişməsinin mənfi təsirlərini yaşayır.
Lakin analar üçün bu daha mühüm məsələdir. Çünki onların düşünməsi lazım olan iki can var və dərhal ağıla o sual gəlir: "Xəstəykən süd versəm, görəsən, südümdən körpəmə də xəstəlik keçərmi?"
Bu narahatlıq çox təəssüf ki, qrip və ya soyuqdəymə olan bir çox ananın körpəsini əmizdirməyə ara verməsinə gətirib çıxarır. Ancaq mütəxəssislərə görə, analar əmizdirməyə ara verərək körpələrinə zərər verirlər.
Qrip olduğunda ananın əmizdirməyi kəsməsi, qətiliklə səhv bir inancın nəticəsidir. Tam tərsinədir bu. Ana südünü kəsmək olmaz. Belə vaxtlarda həm də analar özbaşlına dərman istifadə etməməli, mütləq həkimlə məsləhətləşməlidirlər.

Ana südü elə bir möcüzədir ki, körpənin immunitet sistemini qüvvətləndirir, zehni və fiziki inkişafında son dərəcə əhəmiyyətli rol oynayır, xərçəngdən ürəyə, bir çox xəstəliyə qarşı irəlidəki yaşlarda da qoruyucu olur.
Payız və qış aylarında uşaqlarda tez-tez qarşılaşılan qulaq ağrılarına qarşı da ana südünün qoruyucu olduğu sübut olunmuşdur. Körpələri ilk 6 ay ərzində mütləq ana südü ilə qidalandırmaq lazımdır.
Əmizdirən ananın hər zaman əllərini yaxşıca yuması lazımdır amma asqıraq, öskürək, burun axıntısı, burun tutulması, göz yanması, halsızlıq kimi vəziyyətlərdə, yəni qrip və ya soyuqdəymə qapısını döydüyündə çox daha diqqət etməlidir.
Nəfəsinin birbaşa körpəyə çatmasından qaçmalıdır. Sinəsinin və paltarının təmiz olmasına diqqət etməlidir.
Evə gələn ziyarətçilərin ardından otaq mütləq havalandırılmalıdır. Maska istifadə edilməlidir. Lakin maskanı hər 20 dəqiqə, yarım saatda bir dəyişdirmək lazımdır. Maskaya toxunduqdan sonra əllər yaxşı-yaxşı yuyulmalıdır.

Hər Zaman Sağlam Olaq!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri